22.8 C
Bakı
10 İyun 2026 02:12
Sağlamlıq

Dəri sağlamlığı üçün ətir necə istifadə olunmalıdır?

Gündəlik istifadə olunan ətir və dezodorant məhsullarının düzgün tətbiqi ilə bağlı mütəxəssislər vacib məqamlara diqqət çəkirlər. Onların sözlərinə görə, ətirin birbaşa dəriyə vurulması bəzi hallarda arzuolunmaz təsirlərə səbəb ola bilər.

Tacxeber.com xəbər verir ki, dermatoloqlar bildirir ki, ətirlərin tərkibində olan spirt və kimyəvi maddələr həssas dəridə qıcıqlanma, quruluq və allergik reaksiyalar yarada bilər. Xüsusilə günəş şüalarına məruz qalan nahiyələrə vurulduqda dəridə ləkələrin əmələ gəlməsi riski artır.

Mütəxəssislər tövsiyə edirlər ki, ətir birbaşa dəriyə deyil, daha çox geyim üzərinə və ya dəri ilə təması minimum olan nahiyələrə tətbiq olunsun. Əgər dəriyə vurulacaqsa, əvvəlcə kiçik bir sahədə yoxlanılması məsləhətdir.

Bundan əlavə, açıq yaralara, həssas və ya zədələnmiş dəriyə ətir vurmaq qətiyyən tövsiyə olunmur. Bu, vəziyyəti daha da ağırlaşdıra bilər.

Həkimlər qeyd edirlər ki, düzgün istifadə qaydalarına əməl etməklə həm dərini qorumaq, həm də ətirin təsirini daha uzun müddət saxlamaq mümkündür.(Milli.az)

 

Tacxeber.com

Oxşar xəbərlər

Günə limonlu su ilə başlamaq niyə xeyirlidir?

redaktor

50 yaşdan sonra bu analizlər vacibdir

redaktor

Pendiri çox sevənlərdə onkologiya riski var

redaktor