ABŞ dövlət katibi Marko Rubio Hörmüz boğazı ətrafındakı vəziyyət və İrana qarşı siyasətlə bağlı bir sıra açıqlamalar verib.
Onun sözlərinə görə, Vaşinqton heç bir ölkənin beynəlxalq sulara nəzarət etmək hüququna malik olmadığını vurğulayaraq boğazın “müharibədən əvvəlki statusuna” qayıtmasını təmin etmək niyyətindədir. Rubio ABŞ-ın bölgədəki hərəkətlərinin sırf müdafiə xarakterli olduğunu iddia edib.
O, Ağ Evdə keçirilən brifinqdə qeyd edib ki, “Bu, hücum əməliyyatı deyil. Əvvəlcə hücum etməyəcəyik, amma bizə və ya gəmilərimizə hücum edilərsə, cavab verəcəyik. Dünya İranın qurbanıdır”.
Dövlət katibi həmçinin “Epik Qəzəb” əməliyyatının başa çatdığını elan edərək, onun strateji əhəmiyyətli bölgədə gəmiçiliyin təhlükəsizliyini təmin etməyə yönəldiyini vurğuladı.
Rubio həmçinin ABŞ Maliyyə Nazirliyinin Tehrana təzyiqi artıracağını bildirib. O bildirib ki, nazirlik artıq İran gəlirləri ilə əlaqəli bütün maliyyə axınlarını müəyyən etmək və bloklamaq üçün çalışır. O, İrana sanksiyalardan yayınmaqda kömək edən hər hansı xarici bank və şirkətin ikinci dərəcəli məhdudiyyətlərlə üzləşəcəyini və ABŞ maliyyə sistemindən kəsilə biləcəyini xəbərdar edib.
