CəmiyyətDünyaTexnologiya

Süni intellekt insanlığın həyatı üçün təhlükəyə çevrilib

Artıq BMT-nin baş katibi Antonio Quterreş də xəbərdarlıq edib və dövlətləri təcili tədbirlərə çağırıb.

Bəs süni intellektin təhlükələri nədən ibarətdir?

1. Real kadr səs və görüntülərdən fərqlənməyən saxta məzmunların (deepfake) kütləvi şəkildə istehsalı, seçkilərə müdaxilə və cəmiyyətdə xaos yaradılması.

2. İnsan müdaxiləsi olmadan hədəfi seçib məhv edə bilən “qatil robotların” və hərbi AI sistemlərinin yaradılması, bu texnologiyanın terrorçuların əlinə keçməsi riski.

3. İntellektual və fiziki əməyin sürətlə avtomatlaşdırılması nəticəsində milyonlarla insanın işsiz qalması və bunun yaradacağı iqtisadi qeyri-bərabərlik.

4. Elektron Sistemlərdəki boşluqların saniyələr içində tapılması, daha mürəkkəb zərərli proqramların (virusların) yazılması və kritik infrastrukturlara kiberhücumlar.

5. Şəxsi məlumatların icazəsiz toplanması, üztanıma texnologiyaları ilə insanların daimi nəzarətdə saxlanılması və şəxsi həyatın toxunulmazlığının itməsi.

6. Dünyadakı rəqəmsal gücün və məlumat axınının cəmi bir neçə transmilli texnologiya nəhənginin əlində toplanması, dövlətlərin idarəçilik rıçaqlarını itirməsi.

7. Süni intellektin insan tərəfindən qərəzli məlumatlarla öyrədilməsi nəticəsində işə qəbul, məhkəmə və ya kredit müraciətlərində irqi, cinsi və sosial ayrı-seçkilik etməsi.

8. Gələcəkdə insan zəkasını üstələyən Ümumi Süni İntektin (AGI) yaradılması və onun insanın nəzarətindən çıxaraq bəşəriyyətin varlığına son qoyması ssenarisi.

Və sair… (Bizim Yol)

 

Tacxeber.com

Oxşar xəbərlər

Gürcüstan etdi, Azərbaycan niyə bacarmadı?

redaktor

Media orqanları Rusiyanın itkiləri ilə bağlı yeni məlumatlar açıqlayıb.Ölənlərin sayı 720 minə çatıb

redaktor

“Bu, müharibəni uduzmaq deməkdir”: Zelenski Donbasla bağlı sərt danışdı

redaktor