DünyaMuharibə

“Bu, müharibəni uduzmaq deməkdir”: Zelenski Donbasla bağlı sərt danışdı

Ukrayna Prezidenti Vladimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin Donbasdan könüllü şəkildə çıxarılmasını Rusiya ilə müharibədə məğlubiyyət adlandırıb.

“Hesab edirəm ki, Donbasdan geri çəkilmək bu müharibəni uduzmaq deməkdir. Mən hərbi əməliyyatlar nəticəsində geri çəkilməyi nəzərdə tutmuram, əksinə, könüllü olaraq torpaqlarımızı tərk etməyimizi nəzərdə tuturam”, – deyə Zelenski Çop sakinləri ilə görüşündə bildirib.

Ukrayna liderinin sözlərinə görə, hətta təhlükəsizlik zəmanətləri belə, Kiyevin Donbasdan könüllü şəkildə imtina edəcəyi təqdirdə Rusiyanın yeni ərazi tələbləri irəli sürməsinə mane olmayacaq.

Zelenski həmçinin Rusiyanın yeni hücumu halında Ukraynanın həm daxildə, həm də xaricdə eyni dəstəyi təmin edə biləcəyinə şübhə ilə yanaşdı.

 

Tacxeber.com

Oxşar xəbərlər

Tramp Zelenskinin sözlərini lağa qoydu

redaktor

Bir milyon dollar qazandı, altı gün sonra miqrasiya polisi saxladı

admin

Türkiyədə məşhurlara qarşı gecə əməliyyatı: Özcan Deniz və Deniz Çakır saxlanılıb

admin