Cəmiyyətİdman

“Yaxşı oyun olacağına inanıram” – “Sabah”ın futbolçusu

“Sabah”ın futbolçusu Umarali Raxmonaliyev “Barselona” ilə oyun öncəsi mətbuat konfransında iştirak edib.

O, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turunda keçiriləcək qarşılaşma ilə bağlı fikirlərini bölüşüb.

“Bura gələn çoxlu özbəkistanlı jurnalist görürəm. Onların mənim üçün gəlməsi çox xoşdur. İnanıram ki, yaxşı oyun olacaq. Azarkeşlərimizin qürur duyacağı performans sərgiləyəcəyik. Sabahkı qarşılaşmada 100 faizdən də artıq gücümüzü ortaya qoymağa çalışacağıq”.

Xatırladaq ki, sabah Bakı Olimpiya Stadionunda keçiriləcək “Sabah” – “Barselona” görüşü saat 21:45-də başlayacaq. (Qol.az)

 

www.Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

İsrail mütəxəssisləri Azərbaycanın tarixi abidələrini araşdırıblar

admin

Bir deputat mandatını çox görən hakimiyyət prezident kürsüsünü seçkiyə çıxararmı?

redaktor

Şöhrət azarı…

redaktor