Sağlamlıq

Dietik şəkərlər, zero içkilər nə üçün zərərlidir?

Burda əsas maraqlı olan aspartamın 0 kalori olmasına baxmayaraq kilo artırmasıdır. Qəribə olsa da bu həqiqətən belədir.Aspartamın tərkibində olan aspartin və fenilalanin amin turşuları insulinin ifrazını artırır.Ortada həqiqi şəkər olmadığı üçün də insulin qandakı aclıq şəkərini aşağı salır.Bunun nəticəsində də insan acır və daha çox yeyir.Bu amin turşuların yüksək miqdarda qəbulu seratonin hormonun ifrazını azaldır, bu isə depresiyaya səbəb olduğu kimi iştahı da artırır.Yəni kalorisi 0 olan bir qida kökəldir.Demək ki, çəki atmaq üçün içilən zero içkilər tam tərsinə çəki artırır.

Qəhvəyi şəkər nədir?

Qəhvəyi şəkər əslində təbii şəkər elə qəhvəyi rəngdədir. İllər öncə ticarətdə daha yaxşı yer tutmaq üçün şəkərin rəngini müxtəlif üsullarla ağardıblar. Amma qəhvəyi şəkər şəkər qamışından və şəkər çuğundurundan alınmış şəkərin ağardılmamış halıdır.Deməli dietik şəkər yeyəcəyik deyə ağ şəkərin daha təhlükəli formasınıvə daha bahasını istifadə etmiş oluruq. Mütləq şəkər qəbul etmək istəsək xalis bal,bəhməz,meyvə və meyvə qurularından istifadə edə bilərik. Ancaq təhlükəsizdir deyib də meyvəni tərəvəz qədər limitsiz qəbul etmək olmaz.Gündəlik alınacaq fruktozanın miqdarı 50qramı keçməməlidir.

 

Dietoloq Aynurə Aşirova

Tacxeber.com

Oxşar xəbərlər

Alimlər yaddaşı bərpa edən və Altsheymer xəstəliyinin qarşısını ala bilən burun damcısı hazırlayıblar

redaktor

Qadın və kişi həkim

redaktor

Keçəlliyin çarəsi kal pomidor imiş…

redaktor