16 C
Bakı
28 Sentyabr 2025 01:35
Gündəm

Zelenskinin arxiv videosu gündəm oldu

Zelenskinin arxiv videosu gündəm oldu

 

24 fevral 2022-ci ildən Rusiya ilə müharibə aparan Ukrayna lideri Zelenskinin düz 10 il əvvəl çəkilmiş görüntüləri gündəmə gəlib.

Tacxeber.com xəbər verir ki, Almaniyanın “Bild” nəşri Zelenskinin illər əvvəl çəkilmiş görüntüləri yayımlayıb.

Videoda Zelenski Yeni il şənliyində rusiyalı izləyiciləri əyləndirir. Görüntülərin 2012-2013-cü illərdə Rusiya televiziya kanallarının birində qeydə alındığı bildirilir.

Həmçinin, “Bild” Zelenskinin ölkə başçısı olmadan əvvəl komediya aktyoru kimi tanındığını qeyd edib.

Qəzet yazıb ki, Zelenski rusiyalı komediya ustası Maksim Qalkinlə kamera qarşısına keçib. Qalkin də müharibə başlayandan bir müddət sonra Rusiyadan qaçıb.

Videoda o da görünür ki, Putinin ən etibarlı simalarından biri, tez-tez Putini və Rusiyanın Ukraynaya müdaxiləsini dəstəkləyən Vladimir Solovyov Zelenskinin çıxışını alqışlarla dəstəkləyir.

Tacxeber.com

Oxşar xəbərlər

Mədə yanmasını bir qurtumla YOX EDİR

redaktor

Dünyanın “ən güclü” pasportları məlum oldu – Azərbaycan 70-ci yerdədir

redaktor

“Bakıda damlar qır idi, biz rayonlular onlara şifer vurmağı öyrətdik”

redaktor