16 C
Bakı
25 Oktyabr 2026 00:02
Cəmiyyət

Ağ rəngə divan tutan Qulu Məhərrəmli…

Payızın qatar üzlü yarpaqlarla çəkişməsinə gözlərimi zillədikcə saat əqrəblərindəki məmləkətlə elə hey boyat güzgüdə qarşılaşır,.. Və eləcə ekzistensializm fəlsəfəsindən öz(ülü)ünü uzaq salmış əlahəzrət ədəbi-mətbu karvanın “mövqe məhbusları”nı xatırlayıram. Submissiv “mövqe məhbusları”nı xatırladıqca isə bir daha bütpərəstlik girdabını müşahidə etməmək mümkün deyil.

… Uzun illərdir ki, ictimai fikir adamlarının əksəriyyəti (həm də!) xarakterinin (nəticədə isə xaraktersizliyinin!) mahiyyətində “onurğasızlıq sindromu” problemini yaşayır… Və bu azmış kimi hələ o mövcud “patologiyanı” mənsub olduğu sahələrdə sevə – sevə “yaşatmağı” da, özləri ilə hara gəldi daşımağı da, necə deyərlər, o problemin varlığına canı – könüldən sadiq qalmağı da, hətta yeri gəlsə, o məlum “patologiyaya”, bataqlığa, xaraktersizliyə… bəraət qazandırmağı da “bacarır”, zərrə qədər də olsun bu “vərdişdən”, bu “adətdən” usanmır ki, usanmır!.. heç utanmır da!

Yekunda isə daim pərdəarxası olaraq daxili xüsusiyyətlərin, ilahi kriteriyaların… metamorfoz situasiyasını, insan varlığında baş verən dissosiativliyin təsdiqini ortaya qoyur, amma və lakin(!) bu zaman həmin ictimai makiavelistlər öz üzərində sosial pərdələmə amilini yaratmaqla bütün bu “fibroz detallar”ı mövcud cəmiyyətin çox hissəsindən “ustalıqla” gizlətməyi də unutmur.

… Mətbuatı(nın böyük ərazisi) mədhbuata transfer ol(un)muş ölkəmin Qulu Məhərrəmlisi də məhz o şəxslərdəndir, məhz o şəxslərdən!.. Yəqin ki, tanıdınız;
Zəngilanlı Qulu Məhərrəmlini deyirəm — çatlamış (və ya çatladılmış!) dişlərindəki qandal şəkillərinə doğru ömrü yaşamaqdan tükənməyən, divarın çoxları üçün görünməz olan tərəfində zaman-zaman öz təbiətinin metamorfoz halını əks etdirən, eyni zamanda (təfəkkür, mənəvi və siyasi) konformizmin çağdaş “modelini” inşa edən adamı!

Bəli, Qulu Məhərrəmli uzun müddətdir ki, (təfəkkür, mənəvi və siyasi) konformizmin çağdaş “modelini” inşa edən… inşa etməkdən yorulmayan mətbu təslimçilərdəndir.

Ümumiyyətlə bu mühitdə, bu “dar ağacı aşiqləri” adasında Qulu Məhərrəmli kimi mövqeyi, yolu, izi… ağ rəngdən oğrun-oğrun ürpənən,(və ürpəndiyi qədər də!) allotropik mahiyyətlə təzahür edən isimlər aldığı nəfəsdən belə xəfifcə diksinən, səksənən ismlərdir!..

Bu böyük tendensiya isə bir əliqələmlinin… pedaqoqun… alimin… düşüncə adamının keçmişin və gələcəyin (eləcə də alnının güllə yerinin!) qarşısında həm də öz fiaskosunu ifadə etməsidir — desəm, yerinə düşər!

Məlum Sibir taleli mətbuatın çat-çat olmuş meydanında… neçə vaxtdır ki, bu amansız “mənzərələrin” fonunda gözlərinin içinə qədər “məğlubiyyət simfoniyası”na çevrildiyini təsdiq edən, ictimai-siyasi konyuktura ilə özünü hər dəfə “yoğurub”, Tanrıya səssizcə divan tutan, illüzyonist tərkibdən boylanan, (yalnız!) dərs vaxtı bitəndən sonra boş auditoriyaya mühazirə oxumağa (ç)alışan Qulu Məhərrəmlilər bu gün (az qism istina!) Azərbaycan ziyalısının… jurnalistinin… pedaqoqunun… ilahi görəv sahibinin… fikir adamının nə qədər iradəsiz, “onurğasız”, manipulyativ və “kulisarxası mexanizm” üzrə hərəkət peşində olmasının isbatını, təsbitini göstərməklə məşğuldur.
Bəli, məhz elə öz şəxsində isbat edib, göstərməklə!..

… Tanrının üzünə ağ olan “qaranlıqların” caynağına özünü əsir edən həmin Qulu Məhərrəmlilərə məmləkətin növbəti dayanacağında palingenesiya şansı arzusu ilə… görüşənədək!

 

Emil Rasimoğlu
şair-publisist,
Azərbaycan Yazıçılar Birliyinin üzvü

Tacxeber.com

Oxşar xəbərlər

Rövşən Nəcəf eşqbazlığı dillərə dastan olan kadrından VAZ KEÇİR?

admin

Elnarə Qasımova həbsxanadan yazır:

admin

“Zirə” “Sumqayıt”a, “Qəbələ” “Araz-Naxçıvan”a qalib gəldi

admin