22.7 C
Bakı
09 İyun 2026 13:38
Gündəm

Zelenskinin arxiv videosu gündəm oldu

Zelenskinin arxiv videosu gündəm oldu

 

24 fevral 2022-ci ildən Rusiya ilə müharibə aparan Ukrayna lideri Zelenskinin düz 10 il əvvəl çəkilmiş görüntüləri gündəmə gəlib.

Tacxeber.com xəbər verir ki, Almaniyanın “Bild” nəşri Zelenskinin illər əvvəl çəkilmiş görüntüləri yayımlayıb.

Videoda Zelenski Yeni il şənliyində rusiyalı izləyiciləri əyləndirir. Görüntülərin 2012-2013-cü illərdə Rusiya televiziya kanallarının birində qeydə alındığı bildirilir.

Həmçinin, “Bild” Zelenskinin ölkə başçısı olmadan əvvəl komediya aktyoru kimi tanındığını qeyd edib.

Qəzet yazıb ki, Zelenski rusiyalı komediya ustası Maksim Qalkinlə kamera qarşısına keçib. Qalkin də müharibə başlayandan bir müddət sonra Rusiyadan qaçıb.

Videoda o da görünür ki, Putinin ən etibarlı simalarından biri, tez-tez Putini və Rusiyanın Ukraynaya müdaxiləsini dəstəkləyən Vladimir Solovyov Zelenskinin çıxışını alqışlarla dəstəkləyir.

Tacxeber.com

Oxşar xəbərlər

Türkiyəli fermerdən Azərbaycana özünəməxsus təbrik – Video

redaktor

Naringi qabığının bilinməyən faydası – Soyarkən zibilə atmayın

redaktor

Sizə sığortadan istifadə etməyi tövsiyə edirəm

redaktor