17 C
Bakı
25 Oktyabr 2026 06:49
DünyaSiyasət

Danışıqlarda son durum…

ABŞ prezidenti Trampın xüsusi elçisi Uitkoff Rusiya-Ukrayna müharibəsinin bitməsi üzrə Norveçdə Zelenskiy və Norveç, Finlandiyanın rəhbərləri ilə danışıqlar apardı. Nəticəsini də oradan Peterburqa Putinlə görüşdə bildirərək danışıqları davam etdirdi. Son nəticə necədir?

Obyektiv söhbət budur ki, bu dəfəki danışıqlar deyəsən baş tutmağa doğrudur, əgər problem çıxmasa. Bunu “Əsrin Sazişi” də adlandıranlar var. Putin və Uitkoffun Konstantin Sarayında görüşü yeni müəyyən dəyişikliklərlə baş verib.

Bildirilir ki, illər ərzində ilk dəfə olaraq, savaşı başa çatdırmaq üçün, ən əsas kimi müzakirə edilən sülh planı masada peyda olub. Moskva bu yolla irəliləmək üçün, fundamental olaraq, hazır olduğunu bildirib.

Stol üzərindəki yeni sülh planı isə belədir:

1. Ukrayna qoşunları Donbasdan tamamilə çıxarılır. Bölgə Koreya müharibəsinin sonu ssenarisinə bənzər silahsız zonaya çevrilir.

2 ABŞ sanksiyaların mərhələli qaldırılması və iqtisadi əlaqələrin bərpası, o cümlədən Rusiya qazının Avropaya tədarükü bərpasına hazırdır.

3. Ukraynanın NATO-ya daxil olması nəzərə alınmır və bu, Ukrayna konstitusiyasından da kənarda qalır. Bunun müqabilində Kiyevə “5-ci maddəyə bənzər”, lakin bloka üzvlük olmadan İsrail variantlı qorunma zəmanəti verilir.

Danışıqlar proses artıq, praktik hala keçir və tərəflər də Rusiya-ABŞ-Ukrayna formatındakı üçtərəfli məsləhətləşmələrə başlamaq haqda razılığa gəliblər. Əsas, diplomatik müstəvidə danışıqların başlanması noyabrın ortalarında Əbu-Dabidə planlaşdırılır. Görək də, necə olur.

 

İlqar Altay

Tacxeber.com

Oxşar xəbərlər

Adolf Hitlerin Bavariya Alplarında yerləşən iqamətgahı yandırılıb

admin

1962-ci il Karib böhranı zamanı dünyanı nüvə müharibəsindən xilas edən şəxs

admin

Gürcüstanda David Qareci ilə bağlı iddialara görə jurnalist dövlətə xəyanət ittihamı ilə saxlanılıb

admin