17 C
Bakı
08 Sentyabr 2026 10:28
DünyaGündəmSiyasət

AfD-nin Şərqi Almaniyadakı qələbəsi: Berlin üçün yeni siyasi təhlükə

Almaniyanın Saksoniya-Anhalt Torpağında (vilayəti) keçirilən seçkilərdə səslərin 44,5 faizini ultra-sağçı, millətçi və Rusiyayönlü partiya AfD toplayaraq qalib gəlib. Demək, yəqin k, bu bölgədə hökuməti təkcə qurar. Bu vilayət Şərqi Almaniya (sovet işğalında) QDR tərkibində olub, sonra Qərbi AFR-lə birləşib.

Almaniyada çox siyasi, ictimai təşkilatlar və xalq bu partiyanı “nasizm” qədər fəlakət sayır.  Partiyabın sədri qadındır Alis Vaydel, xeyli sərt radikal xarakterli. Cinsi oriyentasiyası fərqlidir, öz meksikalı qadın həyat yoldaşı var. Və bunu qətiyyən gizlətmir, açıqca reklamla göstərir.

Partiya NATO, Avropa birliyi, Yevrovalyutaya qarşı olmaqla, həm də qatı antimiqrant, anti- islam mövqeyidir. Eyni zamanda da, Rusiya üzərindən sanksiyların götürülməsi, Ukrayna üçün yardımların kəsilməsi tərəfdarıdır.

2021-ci ildən Konstitusiyanı müdafiə xüsusi Xidmət mühüm orqanı partiyanı ekstremist elan edib və fəaliyyətini nəzarətinə götürüb.

Bu saat Almaniyanın qərbində bu partiyaya şərqdə səs verilməsi narahatlıq doğurub və Hamburq, Frankfurt, München, Ştutqart və s  bölgələrdə ciddi etiraz nümayişləri başlayıb bu partiyaya, onun siyasi radikal mövqeyi ilə bağlı. Camaat, xalq orxur ki, yeni “hitlerizm” qayıdar.

Bəziləri bu partiyanı ilk qələbə ilə bağlı bütün Almaniyaya üzrə hökumətə hakim olacağını düşünür. Bu fikrin müqtləqliyi yanlışdır. Qarşıda Almaniyanın Şərqindən 3 dəfə böyük Qərbdəki seçkilər durur. Qərb camaatı bu partiyaya çətin ki səs versin. Əsas da ki, bu partiyanın Şərqi (ruslara tolerant) Almaniya tərəfdə populyar olmasını görərək. İkincisi də, ola bilsin, qarşı dövrdə Ölkə Konstitusia Məhkəməsi hüquqi əsaslar irəli sürərək partiyanı tam ləğv etsin.

Nəsə, siyasi qarışıq dövr yetişir, Almaniyada. Ancaq, ağıllı alman xalqı bu çətinliyi dəf edər.

 

İlqar Altay

Tacxeber.com

Oxşar xəbərlər

Ukraynanın qələbəsi onun 2 il təslim olmamasından keçir

redaktor

Qahablı Nuraninin Qoyunlar parlamentində ÜSYAN – ŞOK SƏBƏB!

redaktor

Raşizmin qorxusu

redaktor