17 C
Bakı
08 Sentyabr 2026 10:28
CəmiyyətSiyasət

Qahablı Nuraninin Qoyunlar parlamentində ÜSYAN – ŞOK SƏBƏB!

Qahablı Nuraniyə deyirəm ki, ay kişi, gül kimi Qoyunların Ali Məclisini təsis edib, maraqlı sessiyalar keçirirdin. İndi nə oldu ki, yenə özün tək kontrabassda çalırsan?

Nə illah elədim, Nuranidən bir cavab ala bilmədim. Anidən onun ətrafına toplanan qoyunlar mələşməyə başladılar. Qoyunların mələşməsindən belə anladım ki, bir müddət əvvələ qədər Nuraninin vəziyyəti babat imiş. O da özünə bir köməkçi götürüb Qoyunların Ali Məclsinini qurub, sessiya keçirə bilirmiş. Sessiyada özü danışır, qoyunları mələşərək onun fikirlərinə reaksiya verir, müavini də video çəkib paylaşırmış. Elə ki, ümumrespublika ərazisində deputatların maaşları qalxdı və buna uyğun olaraq Naxçıvan Ali Məclisinin müavini ayda 13-15 min manat maaş almağa başladı, Qahablı Nuraninin müavini də “quyruğunu qaldırıb qoydu belinin üstünə”, ən azı Bəxtiyar Məmmədov qədər aylıq məvacib istədi. Daşdan keçın arqumenti də var imiş: “hörmətli Bəxtiyar müəllim və deputatları ildə iki dəfə əllərini göyə qaldırmaqla o qədər maaş alır, mən isə belə baxanda gündə onların cəmindən 10 dəfə çox iş görürəm, amma ildə nəinki Bəxtiyar müəllimin özü, hətta onun dilsiz-ağızsız deputatlarının bir ayda aldığı maaş qədər qazanmıram. Belə ədalətsiz parlament olar? Nə olar qoyunların parlamenti olanda, adı ki parlamentdir. Ya mənə də ayda 13-15 manat maaş verəcəksən, ya da mən gedirəm, daha insaflı müdir tapmağa. Sən bundan sonra zəhmət çəkib özün tək kontrabassda çalarsan”.

Adamda dilə bax, ha. Elə buna görə artıb ağarmırsınız da. Ay rəhmətliyin oğlu, Azərbaycanda deputatlar və parlament müavinləri ona görə yaxşı maaş alırlar ki, susmağı bacarırlar. Onlar da sənin kimi çox danışsalar, harda işləmələrinə baxmayaraq, elə sənin qədər də maaş alarlar.

Deyirəm, Vallah, bu Naxçıvan Ali Məclisinin özü bir şey deyil, ara yerdə çobanların da “əxlaqını” pozur. İndi Qahablı Nurani müəllim özünə hardan üzüyola bir müavin tapsın ki, Qoyunlar Parlamentinin işini davam etdirsin?

 

Heydər Oğuz

Tacxeber.com

Oxşar xəbərlər

Ukraynanın qələbəsi onun 2 il təslim olmamasından keçir

redaktor

Elm və Təhsil Nazirliyində 300 min manatlıq qaranlıq müqavilə – Təhsildəki qruplaşma ilə bağlı növbəti araşdırma…

redaktor

AfD-nin Şərqi Almaniyadakı qələbəsi: Berlin üçün yeni siyasi təhlükə

redaktor