26.5 C
Bakı
06 İyul 2026 12:32
DünyaMüsahibə

Kiyevə qarşı terror strategiyası

Rusiyanın iyulun 3-də və bu gecə Kiyevə raket hücumlarında ölənlərin ümumi sayı 45-ə çatır.

Əgər əvvəllər raketlər hansısa səbəbdən hədəfdən (hərbi, hərbi-sənaye xarakterli) yayınıb yaşayış binalarına dəyirdisə (fərqi yoxdur, bu da cinayətdir), son hücumlar şüurlu şəkildə əhalinin hədəf alındığı terror mahiyyəti daşıyır.

Ukrayna hava-raket hücumlarından müdafiə vasitələri qanadlı raketləri uğurla zərərsizləşdirsə də, ballistik raketləri vura bilən “Patriot” sisteminə aid PAC-3 tipli raketlərin kəskin çatışmazlığı yarandığı üçün ballistikanın qarşısını almaq mümkün olmur. Ukrayna hazırda özünün anti-ballistika proqramı üzərində işləyir, amma buna müəyyən vaxt lazımdır.

Putinin raket terroru aydındır ki, güc nümayişidir. Rusiya daxilində narazılığın artmağa başladığı, beynəlxalq rəydə isə cəbhədə vəziyyətin Ukraynanın xeyrinə dəyişdiyi barədə fikir formalaşması manyak diktatoru narahat etdiyi və qorxutduğu üçün o, hələ də ayaqda qaldığını, əlində real güc olduğunu nümayiş etdirməyə ehtiyac duyur. Lakin yaşayış binalarının vurulması gücün deyil, diktatorun paranoyak və isterik ruh halının göstəricisi olduğu üçün bu yolla o, vəziyyəti öz xeyrinə dəyişə bilməz.

Şahin Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər

Kim rus əlifbasının əleyhinədirsə, o rus xalqının əleyhinədir

redaktor

ABŞ gözlənilmədən Ukraynanı taktikasını dəyişməyə çağırdı

redaktor

Gerçəkliyi anlamaq zərurəti

redaktor