Boşnakların və xarici hakimlərin üstünlük təşkil etdiyi Bosniya və Herseqovina Konstitusiya Məhkəməsi ölkəni təşkil edən xalqlardan birinin maraqlarının nəzərə alınmaması halından müdafiə mexanizmi olan Rəyasət Heyətinin serb üzvünün bir sıra məsələlər üzrə veto hüququnu ləğv etməklə Deyton sazişlərinə ən ciddi zərbəni vurub.
Bosniya və Herseqovina Konstitusiya Məhkəməsində doqquz hakim var: iki boşnak, iki xorvat, iki serb və üç əcnəbi. Əsas qərarlarda iki boşnak və üç xarici hakim dəfələrlə serb və xorvat hakimlərin səslərini üstələyərək 5-4 səs çoxluğu formalaşdırıblar.
Eks-prezident, hazırda isə Serb Respublikasının nümayəndəsi olan Milorad Dodik serblərin veto hüququnu və 1990-cı illərdə serb əhalisinin qırğını zamanı istifadə edilən hərbi bayraqlara qoyulan qadağanı ləğv edən Konstitusiya Məhkəməsinin qərarlarını belə şərh edib:
“Uzun sürən və əzablı xəstəlikdən sonra bu gün Bosniya və Herseqovina öldü. Çoxlarının sevincinə səbəb oldu. Bosniya və Herseqovina Konstitusiya Məhkəməsi evtanaziya həyata keçirdi. Bu natamam və qeyri-legitim Konstitusiya Məhkəməsinin bugünkü qərarı bütün mümkün hədləri aşdı. Serb Respublikasının Milli Assambleyasına məxsus olan hüququ əlindən ala bilməyəcəksiniz, nöqtə. Vəssalam. Bu gündən etibarən və bu qərar ləğv olunana qədər Bosniya və Herseqovina səviyyəsində heç bir qərar qəbul edilməyəcək. Oynamaq istəyirdiniz, buyurun, bu da sizə oyun. Səbrimizi sınayırdınız və səbrimiz tükəndi. Biz bunun baş verməsinə imkan verməyəcəyik…”.
