20 C
Bakı
06 Oktyabr 2026 15:47
DünyaSiyasət

Vladimir Putinin daha bir silahdaşı ondan uzaqlaşmağa başlayıb

Rusiya Mərkəzi Bankının sədri Elvira Nabiullina ilə Putin arasında münaqişə yaşandığına dair xəbərlər yayılır. Nabiullina hətta Sankt-Peterburqda keçirilən iqtisadi foruma da qatılmamışdı. Bu vaxta qədər Putin iqtisadiyyatı ayaqda saxlamaq üçün məhz Nabiullinaya gücənirdi.

Mətbuata yol tapan xəbərlərə görə, Nabiullina təcili olaraq müharibəni dayandırmağı tələb edir, çünki Rusiyanın belə bir müharibəni maliyyələşdirmək üçün resursları qalmayıb.

Hətta Putinin ictimai ruporu rolunu oynayan Vladimir Solovyov da onun əleyhinə açıq danışmağa başlayıb. Solovyov deyib ki, Nabiullina müharibənin dayandırılması tələb edir. Amma Putinin təbliğatçısı bu çağırışı xəyanət olaraq qiymətləndirir.(Bizim Yol)

 

Tacxeber.com

Oxşar xəbərlər

Fransadakı bir muzeydən Dalinin “Apokalipsis” əsərinin 150 kiloqramlıq nüsxəsi oğurlanıb

redaktor

İsrail pilot hücumundan sonra flydubai təyyarəsini vurmağa hazırlaşır: yeni detallar

redaktor

Türkiyə Ukraynanı silahlandırıb

redaktor