DünyaGündəmHadisəMuharibə

Putin bu günahlardan necə qurtulacaq sonda?

Cənab Putinin, Xüsusi Hərbi Əməliyyat (XHƏ) adlandırdığı genişmiqyaslı Ukrayna savaşının, “dvijuxa” hikkəsinin növbəti, günahsız qurbanı.

Ukraynada, Xarkovda Tibb Universitetinin yeni məzunu, 23 yaşlı Azərbaycanlı qızımız Fatimə Hüseynova bu gün diplomunu götürüb məzun fotosessiyasına rəfiqəsi ilə gedərkən, küçədə Rusiyanın atdığı raketə faciəvi tuş gəlib. Yazıq qızcığaz, yerindəcə keçinib. Rəfiqəsi klinikada 90% bədən səthinin yanığı ilə yatır. 90 və hətta 75% yanıq belə sağalma üçün çox az ümidlidir.

Fatimənin, fotosessiyada geyinmək üçün özü ilə apardığı məzun xalatı və papağı, küçədəcə cəsədinin yanında tapılıb. Böyük dərddir atası, anası üçün, qızlarını az qala həkim görəsidilər. Putin bu günahlardan necə qurtulacaq sonda?

Allah rəhmət eləsin! Ruhu şad olsun. Çox heyf.

 

İlqar Altay

Tacxeber.com

Oxşar xəbərlər

İsrail hökuməti “erməni soyqırımı”nı nə üçün tanıdı?

redaktor

Bu qərarın kiməsə xeyrini görmürəm…

redaktor

D Vitamini: Niyə bütün dünya ondan danışır?

redaktor