DünyaSiyasət

Bu qərarın kiməsə xeyrini görmürəm…

Bunu da dürüst, səmimi deyək. İsrailin “Erməni soyqırımını” tanıması kimi gözlənilməz qərarını eşidən an, bunun yanlış, spontan, arzuedilməz, bütün tərəflərə xeyrsiz, üstəlik də ziyanlı siyasi addım hesab etdim. Bu gün də həmin o fikirdə qalıram. Və bu qərarda bir məna da görmürəm.

Bu qərar ermənilər, Ermənistan təəssübündən, onlara görə yaranıbsa, əksinə Ermənistanın bu dövrdə, qədim ədavətləri arxivə verib, qonşular və Türkiyə ilə xoş, mənfəətli münasibətlər yolu tutma proqramına uyğun deyil. Ona görə də bu qərara Ermənistan hökuməti reaksiya vermədi.

Bu qərar Türkiyə ilə münasibətlərin soyuqluğu, bir qədər ziddiyyətli hal alması ilə bu ölkəyə nə isə sıxıntı yaratma məqsədlidirsə, bu da yanlış fikirdir, zənnimcə. Bu addım həm gələcəkdə bir, anlaşma, barışıq imkanına mane ola bilər, həm də Türkiyə üçün bu bir ilk deyil, təsiri ola bilməz.

Bu qərar İsrailin özünün siyasi, ictimai və digər beynəlxalq mövqeyini güclədib, möhkəmlətmə məqsədilə edilibsə, düşünürəm ki, bu da, yanlış hesablanıb. Türkiyə NATO üzvüdür. NATO, ABŞ üçün xüsusilə belə gərgin dövr, üzvü Türkiyəyə qarşı yaxın dostu İsrailin ziddiyyət artıran, Qərb üçün başağrılı mövqeyi yəqin ki arzuedilməzdir.

İkinci də, Türkiyə türkdilli dövlətlərin tərkibində böyük, lider dövlətdir. İsraillə yaxşı münasibəti olan və Türkiyə-İsrail münasibətlərinin qaydaya düşməsini istəyən türk dövlətləri, İsrailin arada daha da, gərginlik yarada bilən mövqeyini təbii ki, arzu edilməz sayar. Təəssüflü, yersiz haldır!

 

İlqar Altay

Tacxeber.com

Oxşar xəbərlər

İsrail nəinki tarixdə ən israilpərəst ABŞ prezidentini, ümumiyyətlə, ABŞ-ı itirir

redaktor

İlon Maskın imperatorluğu

redaktor

Rusiya-Ukrayna münaqişəsində nə baş verir

redaktor