Dünya

Zelenski antikorrupsiya qurumlarına qarşı kampaniyaya başlayıb

Ukrayna Prezidenti Volodimir Zelenskinin ölkənin antikorrupsiya qurumlarına qarşı təzyiqləri artırdığı iddia olunur.

Bu barədə Ukraynanın “Strana.ua” nəşri məlumat yayıb.

Nəşrin iddiasına görə, son bir həftə ərzində Ukrayna Milli Antikorrupsiya Bürosu (NABU) və İxtisaslaşdırılmış Antikorrupsiya Prokurorluğuna (SAP) qarşı informasiya kampaniyası aparılır.

Kampaniyada keçmiş baş prokuror Ruslan Kravçenko, Ukrayna Təhlükəsizlik Xidmətinin generalı Sergey Duka və digər şəxslərin fəal iştirak etdiyi bildirilir.

“Strana” yazır ki, bu proses antikorrupsiya qurumlarının dövlət rəsmilərinə qarşı fəaliyyətinin gücləndiyi dövrə təsadüf edir.

Nəşrin qiymətləndirməsinə görə, hakimiyyət daxilindəki bəzi nüfuzlu şəxslər antikorrupsiya qurumlarının fəaliyyətinə qarşı cavab tədbirləri görmək variantını nəzərdən keçirirlər.

Məlumat müstəqil şəkildə təsdiqlənməyib. (APA)

 

Tacxeber.com

Oxşar xəbərlər

İran Bəhreyndə ABŞ hərbi obyektinə zərbələr endirib. Hədəf radar sistemləri olub

redaktor

“Öz həyat yoldaşın da insan alverçisi ola bilər” — Ermənistandan qurbanların hekayələri

admin

Krım körpüsündə avtomobil yolu bağlanıb, qatarlar yalnız bir xətt üzrə keçir

redaktor