Hazırda dünyanın gözü iki məsələnin sonunun nə ilə bitəcəyindədir. Birincisi İlon Musk ilə Sem Altman arasındakı Süni İntellekt haqqları üzərində məhkəmə işidir ki, hər gün maraqlı faktlar üzə çıxır. Amma, bu biz kasıbların qarışacağı bir məsələ deyil. Digəri isə MV Hondius kruiz gəmisində, Hantavirusun yayılaraq insan ölümünə səbəb olmasıdır ki, bax bu məsələdə əlimizdən heç nə gəlməsə də, yaxın gələcəkdə bizə nostalji hissləri yaşada biləcək potensialı olduğunu nəzərə alaraq diqqətdə saxlanmalı olduğunu düşünürəm.
Nə baş verib?
Argentina, Atlantik okeanı, Dreyk boğazı, uzaq adalar, pinqvinlər, buzlaqlar, viski, siqar, göyərtədə romantik baxışlar və Instagram üçün “həyat budur” tipli fotolar planladığınız gəmi kruizinə çıxırsınız və hər şey kabusa dönür.
Gəmidə Hantavirus qapmış bir neçə şəxs vəfat edir. Bu da elə virusdur ki, “qripdir, keçər” deyib üstündən su içmək olmur. Adətən gəmiricilərdən keçir, insanlara da əsasən siçan sidiyi qarışmış tozdan yoluxur. Vaksin yoxdur. Konkret müalicə yoxdur. Yəni kruiz paketində “all inclusive” var imiş: səhər yeməyi, nahar, axşam yeməyi, bir də VİRUS.
Yaşlı ər-arvad hardansa bu virusu qapıb və ilk öncə kişi, daha sonra həyat yoldaşı və digər bir nəfər də qızdırma, öskürək, nəfəs çatışmazlığı ilə bir-bir sıradan çıxıblar. Bundan xəbər tutan portlar isə gəminin girişinə icazə vermirlər.
İndi təsəvvür et, sən də oturmusan balaca, dar kayutada, okean mənzərəsinə baxıb, sənin beyninə bu kruizi salanın ata-babasını yad edirsən. Əmması isə budur ki, normalda bu virus insandan insana elə də asanlıqla keçmir, amma indi keçib və 5 nəfər artıq yoxdur. Üstəlik simptomları virusu tutduqdan 2 həftə sonra özünü biruzə verir. Sağ qalmaq şansın 50%, otur gözlə karantini. Özüdə deyəsən kruizdən bir nəfər Cənubi Afrikada düşüb, təyyarə ilə uçub İsveçrəyə və onda da virus tapılıb deyə, indi onunla təyyaradə uçanlardan tutmuş, hava limanında pasportunu yoxlayan hər kəsi araşdırırlar. Buyur, planetin ən ekzotik viruslarından biri.
İndi əsas suallar bunlardır; Yenə pandemiya olacaq? Bu dəfə də sağ qurtaracağıq? Niyə adı Hantavirus olan xəstəlik, Hondius adlı gəmidən yayılıb? Kruizin pulunu qaytaracaqlarmı?
Belə davam etsə, kruiz biznesi, dirijabl kimi məhv olacaq. Bir neçə dəfə getmək istəsəm də, hər dəfə hansısa səbəbdən təxirə salmışam. Bəs Siz kruizə getmisiniz? Belə xəbərlərdən sonra yenə risk edərdiniz? Görünən odur ki, quru sərhədlərimiz…
