CəmiyyətSağlamlıq

Sığortada “yenilik”

İcbari Tibbi Sığortada (İTS) baş verən dəyişiklikdən sonra özəl klinikalara sığorta göndərişlərinin verilməsi dayandırılıb. Agentlikdən bildiriib ki, əgər xəstəliyin müalicəsi dövlət tibb müəssisələrində mümkündürsə, özəl klinikalara sığorta göndərişi verilməyəcək.

Burada çox ciddi bir neçə məsələ var:

Əvvəla, vətəndaş sığortanın pulunu özü ödəyirsə, İTS onun özəl klinikada tibb xidmət almaq hüququnu necə məhdudlaşdıra bilər?

İkincisi, dövlət tibb müəssisələrinin əksəriyyətində müasir tibbi avadanlıqlar yoxdur. Öd kisəsi, sidik daşı və s. əməliyyatı özəl klinikalarda lazer və başqa müasir tibbi vasitələrlə həyata keçirilirsə, çox az sayda dövlət xəstəxanalarında bu mümkündür. Bu da hədsiz çox olan təlabatla kəskin ziddiyət təşkil edir, nəticədə dövlət tibb mərkəzləri aşırı dərəcə yüklənir və olan-qalan xidmət səviyyəsi də heçə enir.

Nəticədə tibbı sığortanın tətbiqindən əvvəlki vəziyyət yaranıb:
camaat özəl xəstəxanalarda bahalı əməliyyat məsrəflərini qarşılamaq üçün borca-xərcə girir, kredit alır, bunu edə bilməyənlərin həyatı təhlükə altına düşür.

Sanki belə təsəvvür yaranr ki, İTS qarşısına xərcləri maksimum azaltmaq məqsədi qoyub. Bu metod daha əvvəl sosial xərclərin azaldılmasında “uğurla” tətbiq edilib, deyəsən, növbə tibb xərclərinə çatıb…

Əgər İTS sığorta pulunu qarşıladığı imtiyazlı təbəqəni dövlət tibb müəssisələrinə yönəldirsə, bunu bəlkə də anlamaq mümkündür. Amma mən hər ay tibbi sığortaya pul ödəyirəmsə, mənim seçim hüququmu necə əlimdən ala bilər?

Maraqlıdır, dövlət xəstəxanalarında mövcud durumu düzəltmək, müasir standartlara uyğunlaşdırmaq niyyət varmı? Bu, əhalinin sağlamlığının qorunması üçün dövlətin əsas öhdəliklərindən biridir. Bu istiqamətdə ciddi addımlar atılmalıdır.

 

Elçin Rüstəmli

Tacxeber.com

Oxşar xəbərlər

Əsgərovlar ailəsinin varidatı: Banklar, beşulduzlu otellər – SİYAHI

admin

Yuxusuzluğun çarəsi: xiyarı dilimləyib çarpayının yanına qoysanız…

redaktor

Depressiyadan qurtulmağın SADƏ YOLU TAPILDI

redaktor