32 C
Bakı
12 Avqust 2026 16:38
CəmiyyətDünyaGündəmSağlamlıq

Yeni pandemiya qapımızdadı deyəsən…

1 apreldə 23 fərqli ölkədən sərnişin daşıyan lüks “MV Hondius” kruiz gəmisi Argentinadan yola düşür. Gəmi Kanar adalarına doğru hərəkət edərkən məlum olur ki, bəzi sərnişinlərdə hantavirus əlamətləri var və bu hallar bir neçə ölkəyə yayılıb.

Hadisədən sonra Hollandiya və Sinqapurda şübhəli olan adamlar karantinə alınıb. Dünən İsraildə, bu gün də Böyük Britaniyada bir təsdiqlənmiş yoluxma qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, indiyədək ümumilikdə 8 yoluxma halı aşkarlanıb, onlardan 5-i təsdiqlənib. Virusla əlaqəli 3 ölüm qeydə alınıb.

Hadisələr aprelin 11-də hollandiyalı sərnişinin ölümü ilə başlayıb. Daha sonra Cənubi Afrikada onun həyat yoldaşı və mayın 2-də bir alman sərnişin də həyatını itirib.

Hazırda bir neçə ölkədə vəziyyət izlənilir:

Niderland: Təmasda olan KLM (Hollandiya aviaşirkəti) əməkdaşı karantinə alınıb, test nəticəsi mənfi çıxıb

Sinqapur: İki nəfər nəzarət altındadır

Böyük Britaniya: İlk təsdiqlənmiş yoluxma halı qeydə alınıb

İsveçrə: Sürixdə bir xəstə müalicə olunur

İsrail: Xaricdən yoluxduğu güman edilən bir pasiyentdə virus aşkarlanıb

Hantavirus əsasən gəmiricilərin nəcisi və tüpürcəyi ilə yayılır və ağır hallarda yüksək hərarət və tənəffüs çatışmazlığına səbəb ola bilər. ÜST virusun COVID-19 kimi geniş yayılma riskinin aşağı olduğunu bildirir, lakin vəziyyət beynəlxalq səviyyədə diqqətlə izlənir.

 

Günay Rəsulqızı

Tacxeber.com

Oxşar xəbərlər

Mədə yanmasını bir qurtumla YOX EDİR

redaktor

İlham Əliyev Zəngəzur dəhlizinin istifadəyə verilməsini kimin gecikdirdiyini açıqladı

redaktor

Alla Puqaçova: şöhrətdən daha qiymətli bir şey var — ləyaqət

redaktor