24 C
Bakı
11 Avqust 2025 22:54
İdman

Qurban Qurbanov: “Yenə məğlub olmaq istəmirdilər”

“Çox böyük gərginlik var idi”.

Tacxeber.com xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Finlandiyada HİK-ə 2:1 hesabı ilə qalib gəldikəri UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis qələbə münasibəti ilə futbolçularını təbrik edib: “Matça yaxşı başlamışdıq. Sadəcə, ilk dəqiqələrdə buraxılan qol futbolçularda ruh düşkünlüyü yaratdı. Amma sonra oyunu ələ almağı bacardıq”.

Qurbanov yaxşı qalibiyyət əldə etdiklərini vurğulayıb: “Əvvəl də demişdim ki, çox intizamlı komandaya qarşı oynayırıq. Azlıqda qaldılar, yenə məğlub olmaq istəmirdilər. Sona kimi döyüşdülər, mübarizə apardılar. Rəqib öz oyunumuzu istədiyimiz kimi göstərməyə imkan vermədi. Qarşıdakı günlərdə digər qarşılaşmalara hazırlaşmalıyıq”.

Tacxeber.com

Oxşar xəbərlər

Rəşad Sadıqov: “Onlar Azərbaycan futbolunun düşmənləridir”

redaktor

UEFA-dan Emin Mahmudovla bağlı unikal paylaşım: Ronaldo… – VİDEO

redaktor

Bakıda polisin tapdığı 10 min manat onun imiş…

redaktor