Dövlət ümumi təhsil müəssisələrində məktəbli geyimləri ilə bağlı qaydalara dəyişikliklər edilməsini nəzərdə tutan Nazirlər Kabinetinin 21 sentyabr 2026-cı il tarixli 309 nömrəli Qərarına qarşı Türkiyədən Azərbaycana qarşı səsləndirilən əsas iddialardan biri də Azərbaycanın Türkiyənin “başörtüsü hassasiyeti”ni nəzərə almaması ilə bağlı ittihamdır. “Müsəlman qardaşları” terror şəbəkəsindən bəhrələnən, Gəncliyə Yardım Fondundan dəstək alan və sadəcə “faydalı axmaq” olan bir çoxları da məsələnin mahiyyətini anlamadan rəsmi Bakını Türkiyənin “başörtüsü hassasiyeti”ni nəzərə almamaqda günahlandırlar.
Azərbaycan Şimali Kipr Türk Respublikası ilə bağlı məsələni Türkiyənin “hassasiyeti” hesab edərək BMT Təhlükəsizlik Şurasının 541 və 550 saylı qətnamələrinin əleyhinə gedərək Kipr Respublikasını Kipr adasının yeganə təmsilçisi olaraq tanımaqdan imtina edir.
Eyni zamanda BMT Təhlükəsizlik Şurasının 541 və 550 saylı qətnamələrinin əleyhinə gedərək Şimali Kipr Türk Respublikasının rəsmilərinə müstəqil dövlətin təmsilçisi kimi münasibət göstərir. Halbuki, BMT Təhlükəsizlik Şurasının 541 və 550 saylı qətnamələri üzv dövlətlərdən Kipr Respublikasını Kipr adasının yeganə təmsilçisi olaraq tanımağı, Şimali Kipr Türk Respublikasına hər hansısa bir yardım etməyi qadağan edir.
Onu da nəzərə almaq lazımdır ki, Azərbaycan Türkiyənin “hassasiyeti”ni nəzərə alaraq Kipr adasının yeganə təmsilçisi kimi tanımaqdan imtina etdiyi Kipr Respublikası Azərbaycanın əsas ticarət tərəfdaşı olan Avropa İttifaqının üzvüdür. Azərbaycanın bu fədakarlığının Azərbaycan dövlətinə nələrə başa gəldiyi haqqında bir dəfə də minətdarlqıla danışmayanlar indi Azərbaycandan Türkiyənin “başörtüsü hassasiyeti”ni nəzərə almamağı istəyirlər. Bəzi ağlı saqqalından gödəklər isə bunu əmr formasında ifadə etməkdən çəkinmirlər.
Güney Azərbaycanın və bütövlükdə 45 milyon türkün istiqlal və azadlığını təmin edəcək prosesdən, İranda yaşayan xalqların öz müqəddəratını təyin etmə hüququn tanınmasından danışanda da ortaya Türkiyənin kürd məsələsi ilə “hassasiyeti” gəlir. Güney Azərbaycanın öz müqəddəratını təyin edəcəyi halda müstəqil Kürd dövlətinin yaranmasının qaçılmaz olacağını, bunun Türkiyənin bütövlüyünü təhdid edəcəyini bəyan edənlər Türkiyənin kürd məsələsi ilə “hassasiyeti”ni nəzərə almağı tələb edirlər. Azərbaycanda da bəziləri bu mövqeyi dəstəkləyərək Güney Azərbaycanın istiqlalı, Azərbaycanın bütövləşməsi və Şimal torpaqlarımızı (Dərbənd) əhatə edəcək Böyük Azərbaycanın yaranma prespektivini Türkiyənin bütövlüyünə qurban etməyə hazırdırlar. Bu mövqedə olanların böyük əksəriyyətinin “Müsəlman qardaşları” terror şəbəkəsindən bəhrələnən, Gəncliyə Yardım Fondundan dəstək alan şəxslər olduğunu düşünürəm. Ancaq aralarında “faydalı axmaq” da var.
Azərbaycanın siyasi, iqtisadi, hərbi və texnoloji güclənməsində müstəsna xidməti olmuş üç dövlətdən biri olan İsraillə əməkdaşlığın dərinləşdirilməsi istiqamətində bir addım atılan kimi Türkiyənin “Qezza hassasiyeti” qabarır.
Halbuki, Azərbaycanın İsraillə münasibətlərinin dərinləşməsi Türküstan dövlətlərinin, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmnistanın həyati maraqlarına da uyğundur. Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşü çərçivəsində Qazaxıstan Prezidenti Kasım Jomart Tokayevin İsrail Prezidenti İsxak Hersoqla görüşməsi, bu hadisədən cəmi bir neçə gün sonra süni intellekt və kibertəhlükəsizlik sahələri üzrə Azərbaycandan 7, Qazaxıstandan 10, Qırğızıstandan isə 1 nəfər olmaqla ümumi bir qrupun İsrailin bu sahələrdəki təcrübəsi ilə tanış olmaq üçün bu ölkəyə səfər etməsi də Azərbaycan-israil münasibətlərinin Türküstan dövlətlərinin həyati maraqlarına uyğun olduğunu təsdiq edir. Türkiyənin istəyi isə belədir ki, İsraillə müansibətdə Azərbaycan özünün və Türküstan dövlətlərinin həyati əhəmiyyətli maraqlarını deyil, Türkiyənin “Qezza hassasiyeti”ni nəzərə almalııdr.
Türkiyənin çoxsaylı “hassasiyet”ləri var və Azərbaycandan bütün bunların nəzərə almasını istəyir. Bəzən isə Oktay Saral kimi ağlı saqqalından gödəklər bunu əmr formasında tələb edirlər.
Nə qədər acı olsa da bu yanaşma Türkiyənin Azərbaycanı və eləcə də Türküstan dövlətlərini bərabərhüquqlu dövlət görmədiyini, bu dövlətlərii “Qəzza hassasiyeti”nə qurban verməkdən çəkinməyəcəyini göstərir. Türkiyənin xarici işlər naziri Hakan Fidanın İsrail Prezidenti İsxak Hersoqun çıxışını baykot etmək üçün düzənlədiyi şou bunun növbəti təsdiqidir. Acıdır, ancaq gerçəklik bundan ibarətdir.
