21 C
Bakı
17 Oktyabr 2026 00:18
Dünyaİdman

Arda Güler daha 5 il “Real”da

“Real” türkiyəli yarımmüdafiəçisi Arda Gülər yeni müqavilə imzalamağa hazırlaşır.

Tərəflər əməkdaşlığın 2031-ci ilə qədər uzadılması ilə bağlı razılığa gəliblər. Bu barədə “TEAMtalk” məlumat yayıb.

Bir neçə ay əvvəl “Arsenal” və “Mançester Siti” futbolçunun nümayəndələri ilə də danışıqlar aparıblar. Lakin “Real” rəhbərliyi Arda Gülərə uzunmüddətli planlarında mühüm yer ayırdığını bildirib. Baş məşqçi Joze Mourinyo da türkiyəli oyunçuya dəstək verib.

Arda Gülər 2026/2027 mövsümündə La Liqa və Çempionlar Liqasında 9 oyunda meydana çıxıb, 1 qol vurub və 5 məhsuldar ötürmə edib. (Qol.az)

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

“Starlink” qalmaqalı

admin

Azərbaycan türk jurnalisti beynəlxalq axtarışa verib

redaktor

Qərb niyə irəli getdi, İslam dünyası niyə geridə qaldı?

redaktor