Hadisə

Vətən Müharibəsində itkin düşən hərbçimizin atası vəfat etdi

 

44 günlük Vətən müharibəsində itkin düşən və bügünədək tapılmayan Asim Mehdiyevin atası Yaqub Mehdiyev vəfat edib.

Tacxeber.com xəbər verir ki, bu haqda sosial şəbəkələrdə məlumat yayılıb.

Xatırladaq ki, Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndindən olan MAXE Asim Mehdiyev 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində iştirak edib. Füzuli və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. O, 7 noyabr 2020-ci ildə Xocavənd rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı itkin düşüb.

Prezident İlham Əliyevin Sərəncamına əsasən Asim Mehdiyev ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib./qafqazinfo.az/

Tacxeber.com

Oxşar xəbərlər

Nataşa Kampuş, 10 yaşında oğurlanan, 8 il ərzində əsir saxlanılan avstriyalı qız

admin

ABŞ “TikTok”u 400 milyon dollar cərimələdi – Uşaqlara görə

admin

Azərbaycan vətəndaşı Kamçatkada köməksiz vəziyyətdə qalıb

redaktor