23 C
Bakı
11 Oktyabr 2026 12:37
HadisəQalmaqal

Ağ Evdə “süni intellekt” zirvəsi və… tarixi səhv!

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə texnologiya nəhənglərinin rəhbərlərini — İlon Mask, Mark Zukerberq, Censen Xuanq, Sundar Piçai, Dario Amodei, Qreq Brokman və digərlərini bir araya gətirib.

Görüşün yekunu olaraq bir səhifəlik “Ağ Evin Superintellekt Razılaşması” imzalanıb. Sənədə əsasən, şirkətlər təhlükəsizliyə özləri nəzarət edəcəklərini öhdələrinə götürürlər: daxili nəzarət, xüsusi təhlükəsizlik qrupları, müstəqil audit və direktorlar şurasının nəzarəti.

Maraqlı detal: Sənəd tamamilə könüllüdür və hüquqi qüvvəyə malik deyil. Tramp onu “mənəvi cəhətdən məcburi” adlandıraraq demək olar ki, Konstitusiya ilə müqayisə edib.

Amma hər şeyin ciddiliyinə kölgə salan bir məqam var — imzaların olduğu səhifə. Trampın imzasının altında onun vəzifəsi “President of the Unites States” kimi göstərilib (“United” əvəzinə səhvən “Unites” yazılıb). Beləliklə, bəşəriyyətin gələcəyini müəyyən edəcək superintellekt haqqında sənəddə ABŞ məmurları öz ölkələrinin adını belə səhvsiz yaza bilməyiblər.

 

İbrahim Nəbioğlu

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

AZAL-ın Moskva reysləri təxirə salınıb

admin

Dövlət güzəşti ilə alınan 176 inəkdən 120-si fermada tapılmayıb, şirkətdən 392 min manat tutulacaq

admin

2006-cı ildə qızıl medala layiq görülmüş Orca adlı yardımçı it

admin