Hadisə

Leninqradda qaz kəmərində partlayış baş verdi

 

Rusiyanın Leninqrad vilayətinin Vsevoljsk şəhərində qaz kəmərində partlayış baş verib.

Tacxeber.com xəbər verir ki, bu barədə vilayət qubernatoru Aleksandr Drozdenko bildirib.

“Yanğınsöndürənlər və xilasedicilər Bernqardovka və Kovalevo arasında qaz kəmərində baş vermiş partlayış nəticəsində başlayan yanğını söndürürlər”, – o deyib.

Onun sözlərinə görə, əhali üçün heç bir təhlükə və yanğının yaşayış məntəqələrinə keçməsi təhlükəsi yoxdur.

O əlavə edib ki, partlayışın səbəbləri müəyyənləşdirilir.

Tacxeber.com

Oxşar xəbərlər

Putin bu günahlardan necə qurtulacaq sonda?

redaktor

Qəzada əsas amil: yüksək sürət, yoxsa dönmə manevri?

redaktor

KTMT parçalanır

admin