24.2 C
Bakı
28 İyun 2026 22:18
Hadisə

Leninqradda qaz kəmərində partlayış baş verdi

 

Rusiyanın Leninqrad vilayətinin Vsevoljsk şəhərində qaz kəmərində partlayış baş verib.

Tacxeber.com xəbər verir ki, bu barədə vilayət qubernatoru Aleksandr Drozdenko bildirib.

“Yanğınsöndürənlər və xilasedicilər Bernqardovka və Kovalevo arasında qaz kəmərində baş vermiş partlayış nəticəsində başlayan yanğını söndürürlər”, – o deyib.

Onun sözlərinə görə, əhali üçün heç bir təhlükə və yanğının yaşayış məntəqələrinə keçməsi təhlükəsi yoxdur.

O əlavə edib ki, partlayışın səbəbləri müəyyənləşdirilir.

Tacxeber.com

Oxşar xəbərlər

İranda Zelenskiyə məktub yazan şəxs edam olundu

redaktor

Tiktokun canlı yayımında dava düşdü – 15 yaşlı oğlan adam bıçaqladı

redaktor

“Amnesty International”: Azərbaycanda müstəqil media qalmayıb

admin