Kremlin Ermənistanı seçki və Kürapetyan adlı hakimiyyət vasitəsi ilə ələ keçirmək planı iflas oldu, çox bərk uduzdu. Bununla, Putin Rusiyası siyasətinin 2000-dən bu yana zərərləri və aldığı zərbələrə, itkilərinə, minuslara baxaq.
Finlandiya və İsveçrəə uzun onilliklər neytral və Rusiya ilə münasibətdə idi, Ukraynaya işğal hücumundan sonra hər ikisi NATO-da–minus.
Polşa və Baltikyanı ölkələr Moskvaya qarşı sərtləşir, nüvə silahları yerləşdirilməsi barədə danışıqlar aparırlar–minus
Türkiyəyə qarşı vaxtilə Suriya məsələsində addımla bağlı, bu dəfə Türkiyə təsiri ilə Suriya əldən çıxdı–minus
Azərbaycan əsaslı inciyib soyudu–minus
Monteneqro NATO-ya daha əvvəl qoşuldu, korrupsiyayaçı Rusiya diplomatlarını qovdu və Rusiyaya viza tətbiqli soyuqluq–minus
Şimali Makedoniya da NATO-ya qoşulur, soyuqluq–minus
Serbiya slavyan ölkəsi Rusiyaya yox deyib, iqtisadi diqqəti Çinə yönəltdi, soyuqluq–minus
Macarıstan, Orban əldən çıxdı–minus
Moldova əldən çıxdı–minus
Ermənistan əldən çıxdı–minus
Hər şey nədən başladı? Ən yaxın qonşuları, iqtisadi tərəfdaşları, ən təbii, sərhədsiz və hansısa şərtsiz əlaqələri olan, öz xristian qonşuları Gürcüstan və Ukraynaya haqsız, aqressiv və mənasız qəsbkar hücumdan.
Hər şey nədə qurtaracaq? Belə siyasət, bu hegemonluq, təxribat, işğal siyasəti davam etdiriilsə, minuslar Mərkəzi Asiyaya keçib də təklənmə davam edib, sonu acınacaqlı çöküş və Federasiyanın bir anda dağılması ola bilər.
Hər şey necə ola bilərdi? Ancaq ki, 26 il əvvəl yeni Putinin gözəl şansları vardı ki, bolşevizm imperiyası, tarixin təkərin geri döndərmək kimi ambisiyalardan, qonşulara hücum və təzyiq üsulu ilə SSSR-i qurma xülyasından əl çəkib, qonşu Çin neytrallığı və iqtisadi inkişaf yolunu seçsəydi, bu gün tam başqa Rusiya və başqa da hörmətə malik idi dünyada.
Putin çox yəqin ki, Çinə səfərdə onun yüksək inkişafını görüb köks ötürür. Nə idi ona mane olan? Daxili, qeyri-insani rəzillliyi və xəbisliyi!
