Açıq, və səmimi fikrimi bildirim,. “Çevik” ləqəbli Məqsəd Bağırov həqiqətən CM. 283-cü maddə, dini nifrət və düşmənçilik salınması əməllərinə görə həbs edilibsə, buna təəccüb edirəm və bu mənim üçün gözlənilməz oldu. Əksinə Məqsəd Bağırovun fəaliyyıtində ölkədə xurafata və dini fanatizmə qarşı xeyli müsbət və cəmiyyətə də xeyirli, aydın, dünyəvi yön istiqamət görürəm.
Güman edirəm (ilkin analizimlə) M. Bağırovun, onu döyən dini radikala qoşmaqla gözlənilməz həbsi nə isə, bir anlaşılmazlıq, yaxud da, bizim ölkəyə yaxın, amma müsəlmançılığı güclü olan digər dövlət və ya onun liderlərinin təsiri ilə ola bilər. Ümid edirəm ki, DTX-ın apardığı bu ibtidai istintaq obyektiv olar, olduğu qədər də Məqsəd Bağırovun günahsız olduğunu müəyyən edər.
