Azərbaycan Ankarada keçirilən 13-cü TDT zirvəsində prezident səviyyəsində iştirak etmir, ölkəni xarici işlər naziri təmsil edir.
Daha əvvəl – dünən Prezident İlham Əliyev Türkiyəli həmkarı R.T.Ərdoğanı Zəfər Bayramı ilə münasibəti ilə təbrik etmişdi. Mətndə iki ölkə arasında müttəfiqlik, qardaşlıq münasibətlərinə və Şuşa Bəyannaməsinə vurğu salınmışdı.
Bu, o deməkdir ki, dövlətlərarası münasibətlərdə hər şey müəyyənləşdirlmiş strateji xətt üzrə davam edir, amma ikitərəfli, regional siyasətə bağlı cari məsələlərdə bəzi fikir ayrılıqları var, Həmçinin olduqca həssas geopolitik şəraitdə ölkələr maraqlarından irəli gələn mövzularda koordinasiya olunmayan addımlar ata bilərlər.
Necə ki, Türkiyə NATO üzvü olsa da müstəqil xarici siyasət yürüdür, Rusiya ilə münasibətləırini qoruyur, Yaxın Şərqdə yalnız öz maraqlarından çıxış edir, lazım gələndə bu ayrıcalıq TDT çərçivəsində də özünü biruzaə verir.
Azərbaycan da eyni qaydada hərəkət edir. Məsələn, İsraillə hərbi, təhlükəszilik, ticarət əlaqələrini digər təsirlərdən qorumağa çalışır, eləcə də yaxın perspektivdə regionda baş verəcəyi ehtimal olunan böyük hadisələrin neqativlərinə tuş gəlmək istəmir.
Bura İran ətrafında yenidən hərbi müstəviyə keçməsi ilə bağlı gözlənilən hadisələr, Rusiyanın regionda aktivləşməsi, eləcə də Tramp administrasiyasının aralıq seçkilərindən sonra zəifləməsindən irəli gələcək problemlər daxildir.
Bir müddətdir bu istiqamətdə hazırlıq aparılır, artıq birinci mərhələ tamamlaınıb, biz növbəti mərhələdə konkret siyasi qərarların, addımların şahidi olacağıq.
Bir daha vurğulayaq ki, proseslərin bu məcrada davam eləməsi geosiyasi turbulensiya ilə bağlıdır. Hərə dayandığı yerdən daha möhkəm yapışıb fırtınanın keçməsini gözləyir. Ümid edək ki, bu mərhələdən həm Azərbaycan, həm də Türkiyə itkisiz çıxacaq və mövqelərini möhkəmləndirə biləcək.
