DünyaMuharibə

Kiyev Vaşinqtonun etirazlarına baxmayaraq Rusiyanın enerji infrastrukturuna zərbələri yenidən bərpa edir

Ukrayna müəyyən fasilədən sonra Rusiyanın enerji infrastrukturuna zərbələri bərpa edib. Novokuybışevsk neftayırma zavodu (Samara) bu gün səhər vurulub.

Halbuki bu məsələ Tramp administrasiyası ilə münasibətlərin gərginləşməsinə səbəb olan amillərdən biri idi. Amma belə görünür ki, Kiyev artıq Vaşinqtonun xəbərdarlığına məhəl qoymamaq qərarına gəlib. Bu, əsasən 3 səbəbdən irəli gəlir:

– Rusiya tərəfindən Ukraynanın xoş niyyətinə nəinki adekvat cavab verilməməsi, tam əksinə, Ukraynada mülki hədəflərin vəhşicəsinə bombalanması və dinc əhalinin hədəf alınması;

– Pentaqonun Avropa tərəfindən pulu ödənilmiş “Patriot” raketlərinin Ukraynaya göndərilməsini şüurlu şəkildə gecikdirməsi;

– Trampın ABŞ daxili siyasətində qan itirməsi və respublikaçıların gözlənilən seçki məğlubiyyəti.

Hazırda Rusiya dizelini daşıyan 7 tanker okeandadır və ABŞ sahillərinə üz tutub. Lakin hələ də ABŞ-da bu yükün qəbul edilib-edilməyəcəyi məlum deyil. Konqresdəki demokratlar (və onlara qoşulan bəzi respublikaçılar) bütün enerji şirkətlərinə, banklara və limanlara xəbərdarlıq məktubu göndərərək Rusiya dizelinin satın alınmasının qanun pozuntusu olacağı və bu sövdələşməyə gedən qurumun istintaqa cəlb ediləcəyini diqqətə çatdırıblar.

 

Şahin Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər

“Böyük” İsrail kiçik Fələstinə necə uduzur?

redaktor

“Oktay Saral zehniyyəti”nin doğurduğu acı nəticə

redaktor

Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) Ankara sammitinə getmədi

redaktor