Ömrünün 40 ilə yaxın dönəmini kürsü qəsbkarlığına, vəzifə hərisliyinə, “buxovlar diqtəsi”nə, öz “dəyirmanının” çarxına həsr etmiş 88 yaşlı istismarçı, diktator prinsipli AYB sədri Anarın gəlib indi Şəfiqə Məmmədovanın müdafiəsinə qalxıb, mahiyyətcə “məğlublar tragikomedyası”na haqq qazandırması da onun bir ayrı — növbəti “intiharıdır”.
Bəli, bu dəfə Anar məhz Şəfiqə Məmmədovanın adının üstündə, seçki rəzilliyinin motivləri əsasında özünün “intihar filmi”nin ssenarilərini yaratmaqla məşğuldur…
Təbii ki, azad düşüncəyə kürək çevirən bu lüzumsuz müdafiə həm də bizləri heyrətləndirməməlidir. Çünki Azərbaycan Yazıçılar Birliyinin həyatındakı 40 illik amansız “əsarətnamə”nin müəllifi olan, həmçinin necə deyərlər, işğalçı adətilə daim gəmiyə də, elə dənizə də(!) sahiblənən, hakim kəsilən Anarın özü də bir ömür boyu gəncliyin və gələcəyin taleyi ilə “döyüşən” adam olub… Və bu gün də o qan rəngli “görəv”i icra etməkdədir!
… Kaş ki, heç olmasa bircə dəfə də olsun məmləkətin Anar həzrətləri Ramiz Rövşənlərin, Elçin Hüseynbəylilərin, Rəşad Məcidləri, Azər Turanları, Qəşəm Nəcəfzadələrin … və bu kimi mövqeyi “güllələnmişlər”in kəm pəncərəsindən yox, illərin dəyirmanından diri çıxanların, çıxmaq gücündə olanların azadlıq səhnəsindən öz “qırmızı addımlar”ına tamaşa edə biləydi… amma və lakin bəlkə də heç şansı belə qalmayıb!
