İkinci Dünya müharibəsi zamanı Avropanın faşizmdən azad edilməsinə və orada demokratiyanın bərqərar olmasına azərbaycanlılar da böyük töhfələr verib. Müharibədə 600 minə yaxın azərbaycanlı iştirak edib ki, onlardan yarıdan çoxu qəhrəmancasına həlak olublar. Onlardan biri də Niderlandın azərbaycanlı Milli Qəhrəmanı Məmməd Məmmədovdur.
Niderland krallığı tərəfindən rəsmən “Qaçqın inteqrasiyasının və vətəndaşlığın dünyadakı ən mükəmməl simvolu” elan edilmiş yeganə şəxsdir
1923-cü il mayın 3-də Zaqatala rayonunun Muğanlı kəndində anadan olub. 18 yaşında cəbhəyə yollanıb, 1943-cü ildə əsir düşür. Medo Osterveykdə məcburi əməkdə olarkən yerli bir holland ailəsi ilə dostlaşır və onların Riet Seebregts adlı qızına aşiq olur. Almanlar onu Amsterdamdakı başqa bir düşərgəyə köçürəndə, o sırf sevdiyi qıza görə düşərgədən qaçır və gizlicə yenidən Osterveykə qayıdaraq yerli Müqavimət Hərəkatına qoşulur.
Göstərdiyi igidliklərə görə onların arasında “Medo” ləqəbini alır. Məmməd adı çox uzun və diqqət çəkən olduğu üçün sənədlərdə və gizli yazışmalarda rəsmi olaraq “Medo” parolu təsdiqlənmişdi. Partizanlar ona öz aralarında “Canlı Radio” deyirdilər.
16 sentyabr 1944-cü ildə Osterveykdə almanların sursat qatarı müttəfiq təyyarələri tərəfindən vurulur. Dəhşətli partlayışlar fonunda Medo və dostları həyatlarını riskə ataraq, hələ partlamamış tonlarla bombanı və mərmini faşistlərin əlindən oğurlayıb gizlətməyi bacarırlar. Yerli partizanlar almanların rabitə və telefon xətlərini sıradan çıxarmaq üçün məhz onun taktikalarından istifadə edirdilər
Müharibənin son aylarında almanlar Osterveykdən geri çəkilərkən şəhəri və strateji yerləri partlatmaq istəyirdilər. Medo və onun partizan qrupu almanların minalama sistemlərini sıradan çıxararaq, şəhərin tarixi binalarının və körpülərinin havaya uçurulmasının qarşısını aldılar. Bu gün şəhər öz tarixi görkəmini qoruybsa Azərbaycanlı Mamedə borcludu.
Hollandiyada uzun illər hamı onu sadəcə “Rus” kimi tanıyırdı. Lakin o, hər zaman qürurla azərbaycanlı olduğunu vurğulayırdı. İllər sonra onun qızı Nensi müsahibəsində demişdi:
“Atama hamı ‘Rus’ deyirdi, amma onun əslən Azərbaycanın kiçik bir kəndindən olduğunu öyrənəndə hamı təəccübləndi”
Müharibədən sonra o, ayaqqabı fabrikində işləyob. 1956-cı ildə şəhərdə ilk Polis İtləri Assosiasiyasını təsis edib və yerli “SV Nevelo” futbol klubunda uzun illər könüllü olaraq uşaq futbol məşqçisi kimi çalışıb.
Medo müharibədən sonra Sovet İttifaqına dönməkdən imtina etdiyi üçün SSRİ onu rəsmən “vətən xaini” elan etmişdi. 1950-60-cı illərdə o, SSRİ-nin rəhbəri Nikita Xruşşova və digər sovet rəsmilərinə öz xətti ilə onlarla rəsmi məktub yazaraq Azərbaycana gəlişinə icazə istədi.
Qırmızı Xaç cəmiyyəti onun vətənə buraxılması üçün SSRİ-yə qarşı görünməmiş bir hüquqi təzyiq mexanizmi tətbiq etmişdi. Sırf bir əsirin ailəsini görməsi üçün iki nəhəng siyasi sistemin qarşı-qarşıya gəlməsi dünya miqyasında nadir hadisə idi.
1972-ci ildə vətəninə qısamüddətli də olsa buraxıldı. Zaqaqtanı, öz dogma yurduna uzun illərdən sonra gələn bir şəxsi təsəvvür edin.
Niderland Krallığının ən nüfuzlu “Orange-Nassau” ordenli cəngavəri və Kral ailəsinin fəxri üzvü statusunu daşıyan bu insan, ömrünün sonuna qədər heç bir dəbdəbəli həyat sürmədi.
Hollandiyadakı rəsmi küçə adı isə onun ləqəbi ilə deyil, tam olaraq holland dilində “Mamed Mamedovpad” adlanır və park da belə qeyd edilib sənədlərdə. Ölümündən uzun illər sonra doğma kəndi Zaqatala Muğanlıdan gətirilən bir ovuc Azərbaycan torpağı onun Niderlanddakı məzarına səpilib.
Niderland qəzetində onun barəsində məqaləni də oxuya bilərsiniz: https://www.bd.nl/oisterwijk/azerbeidzjan-opent-museum-over-oisterwijker-mamed-mamedov~acc9deb8/?referrer=https%3A%2F%2Fwww.google.com%2F


