19 C
Bakı
10 Sentyabr 2026 03:23
Digər

Rüstəm Behrudinin şeiri qalmaqal yaratdı – “Görən, niyə susub Allah…“

Rüstəm Behrudinin şeiri qalmaqal yaratdı - “Görən, niyə susub Allah...“

Rüstəm Behrudinin şeiri qalmaqal yaratdı – “Görən, niyə susub Allah…“


Tanınmış şair Rüstəm Behrudinin Allahı inkar edən şeiri sosial şəbəkələrdə ciddi müzakirə mövzusuna çevrilib.

Tacxeber.comxəbər verir ki, şairi dəstəkləyənlər olsa da, o daha çox tənqid olunub.

Həmin şeiri təqdim edirik:

Görən, niyə susub Allah,

Yerə təzə sözü yoxdu?

14 əsr keçib getdi,

Təzə kitab, yazı yoxdu?

“Məni tanı” deyə-deyə,

Hökm eləyir yerə, göyə,

Bəndəsinə görünməyə,

Nədən, niyə üzü yoxdu?!

Vədə verib, sabah deyir,

Savab deyir, günah deyir.

Cümlə-aləm “Allah” deyir,

Hanı? İzi-tozu yoxdu.

Bakupost.az xatırladır ki, şeiri ilk olaraq tanınmış jurnalist Cavid İsmayıl özünün feysbuk səhifəsində paylaşıb.

Tacxeber.com

Oxşar xəbərlər

Allahın varlığına inanmağım səni niyə narahat edir?

redaktor

Süni intellekt: qəza yoxsa qazanc nədən asılıdır?

redaktor

Türk Zəngi Dövləti pulu

redaktor