20 C
Bakı
29 Sentyabr 2026 09:15
CəmiyyətDinDünya

Mərkəzi Asiya dövlətlərində hicab və uzun saqqal qadağası

Radikal dindarlar o qədər həddi keçib də, ağını çıxartdılar ki, Tacikistanda hicaba, həm saqqal saxlamağa qarşı rəsmi kəskin tədbirlər görülür. Artıq Türkmənistan, Özbəkistanda da başlanıb.

Tacikistan rəsmi olaraq qanunvericiliklə “milli mədəniyyətə yad” geyimlər, o cümlədən hicab, niqab və digər dini və ərəb geyimi elementlərin idxalını, satışını və ictimai yerlərdəki geyimini qadağan edib.

Müvafiq düzəlişlər Parlament tərəfdən 2024-cü ilin yayında qəbul edilib və Prezident Emoməli Rəhmon tərəfindən imzalanıb. Sonrakı illərdə hakimiyyət orqanları bu qanunun tətbiqi üçün nəzarəti gücləndirib və müntəzəm xeyli reydlər keçirib.

Qanunun əsas detalları bunlardır.

Qadağanın mahiyyəti: Milli mədəniyyətə yad hesab edilən geyimlərin geyinilməsi, idxalı və satışı tam qadağandır (bu qadağaya hicablar, satrlar, niqablar, digər ənənəvi dini ləvazimatlar daxildir).

Cərimələr: Müəyyən edilmiş tələbləri pozanlar 7920 somoni (təxminən 733 dollar) məbləğdə böyük cərimə ilə cəzalandırılır.

Hökumətin məqsədləri: Məhdudiyyətlərin rəsmi məqsədi “milli kimliyi və dəyərləri qorumaq” və dini radikalizm ekstremizm qarşısını almaqdır.

Əlavə tədbirlər: Qadın geyimlərinə əlavə olaraq, ölkədə kişilərin görünüşünə, xüsusən də uzun saqqal saxlanmasına nəzarət də gücləndirilib.

Mənbələr:
https://osnova.news/n/33258/

https://www.currenttime.tv/amp/na-yuge-tadzhikistana-proshli-reydy-protiv-nosheniya-hidzhaba/33822697.html

İlqar Altay

Tacxeber.com

Oxşar xəbərlər

Türkiyənin dostu və düşməni kimdir – ASAL Araştırma sorğusu Azərbaycan narahat olmalıdır?

admin

Türkiyə İtaliyaya, Belçika Fransaya uduzdu

admin

Tramp-Si görüşündən dərhal sonra nələr baş verdi?

redaktor