Sülhə doğru real irəliləyiş baxımından heç nə.
Tramp 3 noyabr, mühüm parlament seçkisini onun prezidentliyinə yanvardan sonra təhlükə yaradacaq qədər bərk uduzdu. Reytinqinin öz xalqı qarşısında çox aşağı düşdüyünü gördü. Yanvaradək vəziyyəti düzəltmə cəhdinə vardı.
Reytinqinin qalxması üçün cəlbedici nələr ola bilər? 1. Ukrayna savaşını bitirmə addımları. 2. Dünyada nefti ucuzlaşdlrma-İranla razılaşma.
Odur ki, seçim məğlubiyyəti səhərisi günü tez Moskva ilə əlaqə qurub, razılıq alıb, elan etdi: “çox gözəl, Ukrayna, Avropa üçün gözlənilməz qıdlr xeyirli olacaq real danışıqlara başlayırıq!”
Danışıqlar yaxşı başlandı, bu dəfə xüsusən də, 2 yox, 3 tərəfli: Ukrayna-Rusiya-ABŞ arasında! Tramp nümayəndələrinin iştirakı ilə bir görüş, Abu-Dabidə, birisi Moskvada Putinlə və sonda Norveçdə Zelenskiy ilə keçirildi, böyük ümidlə.
Sonrası nə oldu?
Rusiya tərəfin iştahasının ucsuz-bucaqslzlığı səbəbindən irəliləyişsiz. “Müharibə” mövzusu yerinə boşuna, “Avropa təhlükəsizlik sistemi”, (müharibə davamında nə təhlükəsizlik?), əsas ərazi mövzusu çıxılmaz durumda qaldı. Yalnız, əsirləri dəyişdirmə qarşılıqlı razlılığı əldə edildi.
Nəticələr:
1. Rusiya üçün. Putinin növbəti: “müharibə və danışıqlar” həvəskar oyun-ekstazı təmin edildi.
2. Ukrayna üçün. Zelenskinin növbəti: “vətənin torpağı alver predmeti deyil!” qəti sözü Ukrayna və özü üçün Avropa və dünyada rəgbət yaratdı.
3. Tramp üçün. Yüksək ruhla “artıq həll edirəm” sözü növbəti dəfə ABŞ və dünyanın qarşısında boş çıxıb, alınmadı. Daha da, reytinq itkisi oldu.
Tramp bəlkə, nəhayət indi başa düşə ki, Putinlə heç bir danışığın, sazişin mənası yoxdur. Çünki ondakı, psixoloji “müharibə maniyası” narkotik, pedofiliya və s. növ asılılıq kimi bir şeydir, nədə olsa, son nəticədə fikrinə, ruhuna hakim kəsilir. Sanki, ruhu müharibə oyununun əsirinə çevrilib.
Putini yalnız, müharibə, güc yolu ilə geri yerinə otuzdurub, qanlı müharibəni bitirmək mümkün ola bilər. Bunun üçün isə, ya Tramp, ya sonrakı prezidentin qətiyyəti ilə ABŞ, Avropa, Yaponiya və bütün sivil dünya birilikdə hərəkət etməlidir. O zaman, Putin özünə də gələr, sülhə də gələr!
P. S.
Kriminologiyada (Kriminalistika yox) güc təsiri, hətta görüntüsü belə, sanki maniyanın üzərinə soyuq su kimi tökülüb qaçırdır, insanı ayıldır və real həyata qaytarır. Bir ara Tramp İrana güclü, qətiyyətli basqı etdi, Putin yumşalıb sakitləşdi, nəticə gözlədi. Tramp İrandan birdən-birə geri çəkiləndə, yazdım ki, bitdi. Qarşıdakı gücü yox görüb, Putin Ukraynaya hücumu sərtləşdirər və hələ, ətraflara da meydan oxuyar. Belə də oldu.
