Qarabağ münaqişəsi Ermənistanın suverenliyinə mane olurdu və beynəlxalq diplomatiya saxtakarlıq idi. Ermənistanın Baş naziri Nikol Paşinyan bunu Dublində Beynəlxalq və Avropa İşləri İnstitutunda Ermənistan-Türkiyə münasibətləri ilə bağlı medianın sualını cavablandırarkən bildirib.
“Düzünü desəm, bütün bu beynəlxalq diplomatiyanın yalan, saxta olduğu reallığı ilə üzləşirəm”, – deyə Paşinyan bildirib.
Onun sözlərinə görə, 2022-ci ildə mövcud siyasətin davam etdirilməsinin Ermənistanı dövlətçiliyinin itirilməsi ilə təhdid edəcəyi aydın oldu. Məhz bu kontekstdə o, Alma-Ata Bəyannaməsinə əsaslanaraq Ermənistan və Azərbaycanın ərazi bütövlüyünü qarşılıqlı şəkildə tanımaq qərarını izah etdi.
