22 C
Bakı
28 Sentyabr 2026 23:30
DünyaSiyasət

Tramp-Si görüşündən dərhal sonra nələr baş verdi?

Amerika mətbuatı yazdı ki, Pentaqon L.Amerikası regionuna cavabdeh olan Cənub komandanlığına 90-120 gün müddətinə əlavə köməkçi hərbi hissələrin ayrılması barədə göstəriş verilib. Ekspertlər bunu Kubaya hərbi hücum əməliyyatına hazırlanması ilə əlaqələndirdilər.

Tramp mətbuata bildirdi ki, 3 noyabr seçkilərindən sonra İrana qarşı hərbi əməliyyatlara başlayacaq.

Hələ aprel ayında ABŞ hərbi qüvvələri tərəfindən Şri-Lanka yaxınlığında həbs edilmiş 3 İran supertankerinin (“Tifani” и “Majestic X”, “Lenore”) və onların daşıdığı neftin mənimsənilməsi barədə məlumat yayıldı. Bu tankerlərlərdə ümumi dəyəri $600 milyon olan 4 milyon barel neft var. Neft Çinə daşınırdı.

Bu xəbərlər onu deyir ki, Tramp Si heç bir ilə razılığa gələ bilməyib və guya ona güc nümayiş etdirir.

Bütün hallarda hər 3 xəbər üzrə atılan addımlar Trampa Si və Putinlə növbəti görüşdə əlində “kozırlar” olduğunu nümayiş etdirmək üçün də təşkil edilə bilər. Üçlüyün görüşü 18-19 noyabrda Çinin Şençjen şəhərində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı sammitində baş tutmalıdır.

Kubaya qarşı hərbi əməliyyatlar üçün hələlik 3-4 ay müəyyənləşdirilib. Bununla həm də Kubada psixoz yaradıb, orada da bir Delsi tapmaq istəyirlər ki, genişmiqyaslı hərbi əməliyyata zərurət yaranmasın. Konqresə seçkilər ərəfəsində respublikaçıların reytinqi bərbad olduğundan seçkiyədək Trampa kiçik də olsa bir parlaq qələbə lazımdır. Buna görə də Kubada əlverişli şərait yaranarsa, Tramp Şencjen sammitindən əvvəl də Kunbaya qarşı da bir avantürist hərbi kampaniyaya başlaya bilər. Əməliyyat uğurlu alınsa, sammitə daha arxayın gedə bilər.

İrana qarşı 2027-ci ilin fevralınadək genişmiqyaslı hərbi əməliyyatlara başlayacağına inanmıram, çünki bunun üçün resursları yoxdur, fevraldan sonra isə resurs məhdudiyyətinə Konqres də əlavə olunacaq. İran məsələsində bundan sonra Trampın maliyyə-iqtisadi təzyiqdən başqa rıçaqı qalmayıb. Onun də təsiri yavaş-yavaş zəifləyəcək. Amma blef etmək Trampın şakəridir.

Tankerləri və nefti isə Tramp mənimsəyə bilər – oğurluq onun ən yaxşı bacardığı bir işdir, xüsusən də neft qıtlığı olan bir dövrdə. Amma bunun cavabında, yəqin ki, İran da Fars və ya Oman körfəzində ABŞ üçün neft daşıyan bir neçə tankeri nefti ilə birlikdə müsadirə edəcək və ya batıracaq (Çinin köməyi ilə də ola bilər).

Beləliklə, mehriban düşmənlər (ABŞ-Çin) arasında gərginlik hələ davam edəcək.

 

Asif Şəfəqqətov

Tacxeber.com

Oxşar xəbərlər

Əvəz Zeynallının faciəsi: Gecikmiş diaqnozun ağır nəticəsi

redaktor

İslam birliyi: Azərbaycandan tələb edilən, Azərbaycana göstərilməyən həmrəylik?

redaktor

Liman istiqamətində gözlənilməz zərbə: Ukrayna Rusiyanın planını pozdu

redaktor