Türkiyədə universitetlərə qəbul imtahanlarında ən çox bal toplayan ilk 20 min nəfərin 17 mini tibb fakültəsini seçib. Ölkənin gələcəyini dəyişdirə biləcək cəmi 3 min gənc isə mühəndisliyə yönəlib.
Bu rəqəm ilk baxışda tibbin nüfuzunu göstərir, əslində isə daha ciddi bir təhlükədən xəbər verir: ən parlaq zəkaların yarada biləcəyi elmi və texnoloji əlavə dəyər itirilir.
Əlbəttə, ölkəyə yaxşı həkimlər lazımdır. Ancaq heç bir dövlət yalnız tibblə sənayeləşməyib, texnoloji gücə çevrilməyib. Üstəlik, həmin 3 min mühəndisin ən azı 2 mini, 17 min həkimin isə azı yarısı xaricə getməyə çalışacaqsa, problem gənclərin seçimində deyil, onları ölkədə saxlaya bilməyən sistemdədir.
Çin Xalq Respublikasına bəzən “Mühəndislər Respublikası” deyilməsi təsadüfi deyil. Ölkənin son üç dövlət başçısı mühəndislik təhsili alıb; Si Cinping kimya mühəndisliyi oxuyub. Bir vaxtlar kimya sənayesinin mərkəzi Almaniya idisə, bu gün bu elmi və sənaye üstünlüyü tədricən Çin və Hindistana keçir. Çin nadir torpaq elementləri üzərində qurduğu üstünlüklə artıq dünya texnologiyasının zirvəsinə oynayır. Çünki mühəndislik səhlənkarlığı bağışlamır.
Türkiyə də vaxtilə Anadolunun istedadlı uşaqlarını İTÜ-də yetişdirərək mühəndis etdi. Süleyman Dəmirəl, Turqut Özal, Nəcməddin Ərbakan və Recai Kutan kimi adlar həmin nəslin nümayəndələri idi. Dünya müharibələrinin yorub geridə qoyduğu ölkənin yenidən qurulmasında bu nəslin böyük payı oldu. Onlar yalnız siyasətlə məşğul olmadılar; yolların, zavodların, enerji sistemlərinin və böyük infrastruktur layihələrinin arxasında dayandılar.
Ən yaxşıları mühəndisliyə həvəsləndirmədikcə texnoloji inqilabın baş verməsi mümkün deyil.
