DünyaSiyasət

230 milyardlıq korrupsiya, amma korrupsioner yoxdur

Keçən il İlon Mask Ağ Ev Administrasiyasından gedəndən sonra Tramp korrupsiyanın araşdırılması məqsədilə Fırıldaqçılıqla mübarizə üzrə xüsusi qrup yaratmış və vitse-prezident Di Vensi ona rəhbər təyin etmişdi.

Araşdırmalar hələ tam başa çatmayıb, lakin avqustun əvvəlində Vens Qrupun işi barədə mətbuata hesabat vermişdi. O bildirmişdi ki, indiyədək Qrup $229,9 milyardlıq korrupsiya sxemləri aşkar edib və bir il ərzində $55,5 milyardlıq korrupsiya sxemlərinin qarşısını alıb. O, korrupsiya sxemlərinin hansı qurumların nəzarətində fəaliyyət göstərdiyi barədə də məlumatlar təqdim etmişdi: siyahıya böyük fərqlə Səhiyyə nazirliyi liderlik edir, lakin Kənd təsərrüfatı nazirliyi, Əmək nazirliyi, Mənzil tikintisi nazirliyi, Kiçik biznesə dəstək administrasiyası və digərləri də diqqət mərkəzindədir.

Artıq Ağ Evin rəsmi saytında “Fırıdaqçılıq reyestri” bölməsi açılıb – burada Qrupun işi və aşkar etdiyi korrupsiya sxemləri haqqında məlumatlar yerləşdirilib. Veb-saytda aşkar edilmiş sxemlərin sayı və onlarla əlaqəli oğurluqların məbləğləri barədə məlumatlar dərc olunacaq. Bundan əlavə, saytda ən böyük korrupsiya (oğurluq) sxemləri haqqında məlumatları toplayan “Top 10” bölməsi mövcuddur: hazırda ən yüksək yer $2 milyardlıq Medicaid sxeminə aiddir.

Di Vens Fox News-da bildirib ki, Demokratlar Partiyasının bir çox lideri qeyri-kommersiya təşkilatları və oxşar qurumlar vasitəsilə dövlət vəsaitlərini mənimsəmək üçün müxtəlif sxemlərdən istifadə edərək saxtakarlıqla pul qazanır:

“Məsələn, biz ərzaq talonu proqramını maliyyələşdirmək üçün Kaliforniyaya $8 milyard göndəririk, onlar isə bu talonları kimlərin aldığını belə yoxlamırlar. Biz onlara $8 milyard göndəririk və bu vəsait dərhal yoxa çıxır. Bizim isə Kaliforniya ştatının bu pulu həqiqətənmi amerikalıların ehtiyaclarına, yoxsa qanunsuz miqrantların və fırıldaqçıların ehtiyaclarına xərclədiyini müəyyən etmək imkanımız yoxdur.”

Vens bildirib ki, Ağ Ev Konqreslə birlikdə federal büdcədən ştatlara ayrılan vəsaitlərin necə xərcləndiyi barədə məlumat vermələrini tələb edən qanunvericilik aktının qəbulunu müzakirə edir.

İndi korrupsiyanın həcmini təsəvvür edin – $230 milyard!!!
Bu hələ 1 il ərzində aşkar edilənlərdir. Aydındır ki, onlar respublikaçıların korrupsiya sxemlərini “görməyəcəklər”, Müharibə nazirliyini heç araşdırmayacaqlar.

Bununla belə bu boyda korrupsiya faktı barədə məlumat verilib.
…və ən maraqlısı – nəhəng korrupsiya faktları var, lakin bir korrupsioner də aşkar edilməyib!? Heç kimə qarşı cinayət işi açılmayıb!?

Bu hesabatdan 20 gün sonra ABC Böyük jürinin (hər hansı əməldə cinayət tərkibinin olub-olmadığı barədə qərar qəbul edən xüsusi orqan) qapalı hesabatına istinadla məlumat verdi ki, Florida qubernatoru Ron DeSantis administrasiyası aztəminatlı ailələrdən olan uşaqların tibbi sığortası üçün nəzərdə tutulan $10 milyon dövlət vəsaitini mənimsəyib. Hesabata görə, vəsaitlər DeSantisin həyat yoldaşı Kesi DeSantisin təsis etdiyi “Hope Florida”ya məxsus hesablara, oradan da digər təşkilatlara köçürülüb və siyasi kampaniyaların maliyyələşdirilməsi üçün istifadə olunub.

Buna baxmayaraq, Böyük jüri bu məsələ ilə bağlı cinayət işi açılmasından imtina etdi. Bilirsiz hansı əsasla? Çünki respublikaçı və Trampın dostu olan qubernatorun bütün administrasiya işçiləri vəsaitlərin “Hope Florida”ya köçürülməsinə kimin icazə verdiyini bilmədiklərini deyiblər.

 

Asif Şəfəqqətov

Tacxeber.com

Oxşar xəbərlər

Trampın təmsilçiləri Kuşner‐Uitkoff cütlüyü ilk dəfə olaraq Ukraynaya səfər edib

redaktor

Si Cinpin niyə Pezeşkianı kənarda saxladı?

redaktor

Azərbaycan öz vətəndaşları ilə nə vaxta qədər savaşacaq?

redaktor