Biz Rusiyanın Qafqazda törətdiyi işğalçı hücumlar və məhv etdikləri böyük Azərbaycan nəsilləri barədə dəfələrlə yazmışıq. Qafqazda elə bir xalq olmayıb (ermənilər istisna) Rusiya imperiyasının soyqırımına məruz qalmasın. Ən çox da Rusiya soyqırımı müsəlman Qafqaz xalqlarına qarşı törədilib. Belə xalqlardan biri də Çərkəzlərdir..
Çərkəzlərin başına gətirilən bu faciə həm qurbanların sayına, həm də doğma yurdun demoqrafik strukturunun tamamilə dəyişdirilməsinə görə tarixin ən qanlı səhifələrindəndir. Azərbaycan mediasında kifayət qədər bu mövzuya toxunulsa da Çərkəzlər barədə Azərbaycan TV kanallarında verliş sayı olduqca azdır.
Hadisənin tamamilə təsvirini görmək üçün Rusiyalı general-mayor İvan Drozdovun qeydlərinə baxmaq kifayət edər:
“Yol kənarları qocalardan, qadınlardan və uşaqlardan ibarət cəsədlərlə dolu idi. Onların gözlərini didən quzğunlar, aclıqdan ölən insanların ətini yeyən it sürüləri hər tərəfə yayılmışdı. Sağ qalanlar isə xəstəlik və soyuqdan elə bir vəziyyətdə idilər ki, bəzən ölmüş analarının döşünü əmən ac körpələrə rast gəlinirdi.”
https://www.vostlit.info/Texts/Dokumenty/Kavkaz/XIX/1840-1860/Drozdov_I/text3.htm
General Evdokimovun rəhbərlik etdiyi rus bölmələri çərkəz kəndlərinə hücum edərkən evləri mühasirəyə alır, əhalini içəri dolduraraq qapıları xaricdən kilidləyir və kəndi tamamilə yandırırdılar.
https://dspace.nplg.gov.ge/bitstream/1234/31963/1/European_Georgia.pdf
Bu günlərdə bu hadisə ilə bağlı Qafqaz tarixi üzrə tədqiqatçı Cem Kumukun yazısını oxudum və orada o qeyd edir ki, 21 may 1864-cü il çərkəzlərin soyqırımı və sürgününün başlanğıc tarixidir. Çərkəzlər zorla Qara dəniz sahilinə, oradan isə Osmanlı imperiyasına göndərildi. Gəmi ilə aparılanların çoxu yolda aclıqdan, xəstəlikdən və ya dənizdə boğularaq həyatını itirdi. Bu, sadəcə, deportasiya aktı deyildi, bu, məqsədli şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı idi. https://kulis.az/xeber/tarix/cerkez-soyqirimi-rusiya-uzerinde-daha-bir-leke-arasdirma-61911
Çar ordusunun ən qəddar generallarından olan Qriqori Zass, öldürdüyü çərkəzlərin başlarını kəsdirərək xüsusi çadırında toplayırdı. O, çərkəz kəllələrini qaynadıb ətdən təmizləyir, daha sonra onları Berlin və Parisdəki anatomiya və antropologiya muzeylərinə elmi araşdırma adı altında “eksponat” kimi göndərirdi. Bu barədə rus dekabristlərindən biri olan Nikolay Lorer “Dekabristin qeydləri” adlı əsərində ətraflı yazıb.
Lorer yazır ki, hələ sağ olan, lakin tərpənməyə halı olmayan bu insanlar ac itlər tərəfindən diri-diri parçalanaraq yeyilirdi və əsgərlər buna sadəcə tamaşa edirdilər.
Hərbi qeydlərdə rus əsgərlərinin hamilə çərkəz qadınlarının qarnını süngü ilə yırtması barədə sarsıdıcı dəlillər mövcuddur.https://muse.jhu.edu/book/22028/
Hadisənin şahidlərinin qeydlərindən birində yazılır: “Yolda donaraq ölmüş gənc bir çərkəz qadını gördüm. O, ölüm anında belə körpəsini qorumaq üçün onu bağrına basmışdı. Qadın ölsə də, qucağındakı körpə hələ də sağ idi və donmuş anasının döşündən süd əmməyə çalışırdı”
Sürgün gəmilərində xəstəlik o qədər sürətlə yayılırdı ki, gəmi kapitanları infeksiyanın qarşısını almaq üçün çox amansız üsullara əl atırdılar. Əgər bir ailədə uşaq xəstələnirdisə, digər ailə üzvlərinin etirazına baxmayaraq, uşağı hələ sağ ikən beşiyi ilə birlikdə birbaşa dənizə atırdılar. Trabzon arxiv qeydlərində fransız və ingilis konsullarının hesabatları var; onlar yazırdılar ki, sahildən baxanda gəmilərin keçdiyi marşrut boyu dənizin üzəri yüzlərlə boş və ya içində körpə olan beşiklərlə dolmuşdu. Sahilə yaxın yerlərdə dəniz suyu axıdılan qanlardan günlərlə qırmızı rəngə boyanmışdı.
https://www.researchgate.net/publication/277671295_The_War_of_Conferences_in_Russia_and_Turkey_The_Circassian_Dimension
Bu dəhşətli soyqırım bu gün unudulmuş olmalı deyil. Bu dəsti xətti 1988-ci ildən Qərbi Azərbaycandan sürgün edilən azərbaycanlıların taleyinə, Xocalıda ermənilər ilə birgə 366-cı alayın etdiyi soyqırım, Qaradağlı faciəsi və digərləri ilə eynilik təşkil edir. Eynilə çərkəzlərə qarşı törədilənlər 1905,1906, 1918-ci illər soyqırımları zamanı Azərbaycan xalqına qarşı törədilib.
Eyni soyqırım bu gün Rusiya tərəfindən Ukraynada törədilir. Ordan dəhşətli kadrları görəndə bir daha əmin olursan ki, Rusiyanın işğalçı və soyqırım törətmək xisləti eyni qalıb.
Azərbaycanda Rusiyaya dəstək verənlər görsünlər ki, onların inandıqları dövlət Qafqazda xalqların başına nə müsibətlər gətiriblər.
