DünyaSiyasət

Putin Trampın atəşkəs tələsinə “yox” deyəcək

ABŞ Konqressinin Nümayəndələr Palatası Rusiya və İrana qarşı çox ağır sanksiyaları məzərdə tutan qanunu müzakirə çıxarmayıb. Tramp kürəkəni Kuşneri və dostu Uitkoffu Putin və Zelenskinin yanına göndərək müharibədə atəşkəs istəyib. Bu, noyabrda Konqressə keçiriləcək aralıq seçkilərdən əvvəl Trampa hava-su kimi lazımdır.

Rusiyada 3 saatlıq danışıqlar bitib, Trampın elçiləri hazırda Zelenskinin qəbulundadırlar.
Burada əsas məsələ Putinin atəşkəs üçün əvvəlki şərtlərindən geri çəkilib-çəkilməyəcəyidir. Bu qərarı vermək, elçiləri Trampın yanına əliboş göndərmək çətindir. Ona görə çox güman Putin diplomatik manevr edərək məsuliyyəti Zelenskinin üstünə atmağa çalışacaq.

Yəni ilk baxışda “hə” kimi görünən “yox” deyəcək. Çünki Rusiya müharibəni dayandıra bilməz, Kreml bu qərarı verməyə qətiyyən hazır deyil. Başlıca məsələ Ukraynanın razılıq verəcəyi atəşkəs şərtlərini öz hakimiyyəti üçün ciddi təhlükə sayır. Məhz ona görə Putinin köməkçisi Uşakov “atəşkəs üçün müharibənin təməl səbəbləri həll olunamlıdır” deyib.

Bu isə Ukraynanın Donbassdan çıxması və faktiki kapituliyasiyası deməkdir. Zelenski Trampın gözünün içinə baxa-baxa bu plana dəfələrlə rədd caxabı verib.
İndi Ukrayna lideri olduqca məharətlə manevr edib bu oyundan çıxmalıdır. Çünki Tramp Putinin ustalıqla verdiyi yox cavabının məsuliyyətini çox asanlıqla onun boynuna qoya bilər.

 

Elçin Rüstəmli

Tacxeber.com

Oxşar xəbərlər

Trampın təmsilçiləri Kuşner‐Uitkoff cütlüyü ilk dəfə olaraq Ukraynaya səfər edib

redaktor

Si Cinpin niyə Pezeşkianı kənarda saxladı?

redaktor

230 milyardlıq korrupsiya, amma korrupsioner yoxdur

redaktor