Rusiya artıq, 3 gündür dalbadal, Kiyevi ballistik raketlərlə vurur. Yaşayış evləri dağıdılır, xeyli də tələfat var. Kreml də fəxr edir, Putin qürur duyur, ləzzət alır. Özü, bir neçə gün əvvəl etiraf etdi ki, bu müharibə bitsə nə edəcəyik? Çox darıxdlrıcı olacaq. Adam etiraf edir ki, qırğnın manyakıdır.
Bunun sonrası nə olacaq? Mən deyim. Bir vaxt Rusiyada xeyli “Şahed” və digər dronlar vardı və Ukraynanı sərt vutudu. Ukraynanın çox da yoxu idi dron və ancaq müdafiə olurdu. Yəni atəşlər və dağıntı yalnız Ukrayna tərəfdə idi. Sonra isə Ukrayna xeyli dronu xaricdən aldı, istehsal etdi..
Başladı son aylar Rusiyanı vurub darmadağın etməyə. Bütün neft anbarları, infrastrukturunu vurub dağıtdı, yandırdı. Rusiya bunu görüb də, dronu boş verib, ballistik raketlərə keçib. Xeyli ziyan vurur Ukraynaya. İndi, Ukrayna da Qərb- dən təcili ballistik raketlər alır və istehsal edir.
Artıq, bu yaxın günlərdə Rusiyanı ağır ballistik raketlərlə vurmağa başlayacaq. Çünki, Tramp da görür ki, Putin ağını çıxarır raketlə, Ukrayna tərəfə çoxlu raket ötürməyə başlayıb. İndi isə, Ukrayna ordusu birbaş Moskvanı vuracaq. Və eşidəcəyik, düz Kremlin içi vurulur, plan budur.
Bax, onda Putin və bütün Rusiya anlayacaq ki, əvəz cavabı çox pis olur. Dronlarla cavab kimi. Və bu dəfə Ukraynanın daha da güclü ballistik raketləri ilə Rusiya artıq çox pis günə düşəcək.
