Cəmiyyət

Aqilə bir ev verin

Aqilə bir ev verin,
Qarabağda, Ağdamda.
Dərdimiz yüngüləsin,
nakam qalmasın o da.

Aqilə bir ev verin,
Bağı, bağatı olsun.
Başını soxmaq üçün
Alçaq bir damı olsun.

Aqilə bir ev verin,
köçkün qəlbi sevinsin.
Nadanlar ağız büzüb,
Paxıllar da gülməsin.

Nə olsun deputatdı,
maaşı, gəliri var,
o maaşın, gəlirin
əlli cürə dərdi var.

Aqilə bir ev verin
Ağdamın göbəyində.
Toxluq, doyum işarsın
Gözünün bəbəyində.

 

Nadir Qocabəyli

Tacxeber.com

Oxşar xəbərlər

Qəbrin damır, Ramiz Rövşən!.. (80 yaşın qəlpə izlərinə…)

redaktor

İlham Əliyevin yanlış iddiası: Son iki əsrdə müstəqil olmamışıq

admin

Şikayətlər azalmaq əvəzinə ildən-ilə artır

redaktor