DünyaSiyasət

“Krım konsensusu” və kollektiv məsuliyyət

“Krım konsensusu” anlayışının meydana çıxmasını Kremlin təbliğat maşını Krımın işğalından sonra Rusiya cəmiyyətində güclü siyasi və milli birliyin yaranması ilə izah etsə də, əslində “Krım konsensusu” Putinin işğalçılıq siyasətinin Rusiya cəmiyyətinin çox böyük əksəriyyəti tərəfindən dəstəklənməsindən başqa bir şey deyil. “Krım konsensusu” raşizmin cəmiyyətə tam hakim olmasıdır. Ona görə də Rusiyanın strateji obyektlərinin dron və raketlərlə Ukrayna tərəfindən məhv edilməsinə görə yalnız Putin və komandası deyil, bütün Rusiya cəmiyyəti məsuliyyət daşıyır.

Məhz kollektiv məsuliyyətin mövcudluğna görə bütün Rusiya cəmiyyəti cəzalandırılmalııdr və cəzalandırılır. Nadir xəstəliklərdən əziyyət çəkənlərin (o cümlədən uşaqların) dərmanlardan məhrum olmasına səbəb olan sanksiyalar, Avropa İttifaqının Rusiya vətəndaşlarına turist vizalarının verilməsini dayandırmaq istəyi, Ukrayna dronlarının zərbələri zamanı yalnız ötən həftə 42 mülki şəxsin ölümü kollektiv məsuliyyətin mövcudluğunu göstərir. Rusiya cəmiyyətinin kollektiv məsuliyyət prinsipi tam kəskinliyi ilə cəzalandırılması heç şübhəsiz ki, müharibədən sonra tam işə düşəcək.

İkinci Dünya Müharibəsindən sonra alman xalqı fazişmə görə kollektiv məsuliyyət prinsipi ilə cəzalandırıldığı kimi, rus xalqı da raşizmə görə kollektiv məsuliyyət prinsipi ilə cəzalandırılacaq. Bundan qaçış yoxdur.
Rusiyanın törətdiyi cinayətlər elə böyük miqyas alıb ki, heç kim “sülpərvər ruslar”ın mövcudluğuna inanmaq istəmir.

Putinin də nüvə silahına əl atmaması onun “sülpərvər” və ya “insanpərvər” olmasının nəticəsi deyil. Kremldə çox gözəl bilirlər ki, nüvə zərbəsi hərbi nəticələr doğurmayacaq, ancaq Rusiyaya qarşı çox ağır siyasi və iqtisadi nəticələri olacaq. Rusiyanın nüfuzlu politoloq və ekspertlərinin nüvə silahına əl atılacağı halda rus xalqının suverinliyini itirəcəyi haqqında xəbərdarlığı da eyni motivlidir. Bu xəbərdarlıqla çıxış edən politoloq və ekspertlərin bu addımı onların “sülpərvər” və ya “insanpərvər” olmalarının nəticəsi deyil. Sadəcə olaraq onlar “Krım konsensusu”nun təsiri altında ağıllarını tam itirməmiş azsaylı intellektuallardır. Ukraynaya qarşı genişmiqyaslı müharibədən üç həftə öncə “Qaniçən politoloqların proqnozları” başlıqlı məqalə ilə çıxış edərək gözlənilən müharibənin fəlakət olacağı, Ukraynada heç kimin Rusiya ordusunu duz, çörək və güllərlə qarşılamayacağı haqqında Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyatlar İdarəsinin 1-ci İdarəsinin 1-ci bölməsinin keçmiş rəisi, polkovnik Mixail Xodarenokun xəbərdarlığı onun “sülpərvər” və ya “insanpərvər”liyindən irəli gəlmirdi. Sadəcə olaraq polkovnik Xodarenok Rusiya cəmiyyətində “Krım konsensusu”nun təsirləri ilə emosiyalara qapılmadan, məntiq və təhlilə əsaslanaraq rasional düşünmək qabliyyətini itirməmiş çox azsayda olan ekspertdən biridir. Baxmayaraq ki, polkovnik Xodarenok bu gün də raşizmin daşıyıcısı olaraq qalır.

“Krım konsensusu”nun nüvə və enerji gücü kimi təsnif olunan Rusiyanın başına gətirdiyi fəlakət və rus xalqını sürüklədiyi faciə bütün bəşəriyyətə dəsr olmalıydı. Ancaq aydın görünür ki, Ukraynaya qarşı cinayətkar müharibəyə başlayan zaman 5889 nüvə başlığına və dünya enerji bazarında ən böyük paya sahib olan Rusiyanın başına gələnlər Azərbaycanda da bir çoxlarına dərs olmayıb. Əks halda Türkiyəni fəlakətə doğru sürükləyən “Qüds konsensusu”nu Azərbaycana idxal etməyə çalışmazdılar.

“Qüds konsensusu”nun təbliğatçıları anlamırlar ki, Qərbin siyasi, iqtisadi, hərbi və ideoloji təhlükəslik sistemində İsrailin yeri Ukraynanın yerindən çox-çox öncə gəlir. Ukraynaın müdafiəsi üçün yüz milyardlarla dollar xərcləməkdən, Rusiya ilə nüvə müharibəsi təhlükəsini göz önünə anmaqdan çəkinməyən Qərbin İsrailin mövcudluğunu qorumaq üçün nələr edə biləcəyini bizim çoğrafiyada belə görünür ki, çoxları anlamır. Sadəcə olaraq İsraili təhdid edən təhlükələrin ortadan qaldırılmasının zamanı və növbəsi gəlməyib. Öncə Sovet İttifaqının mövcudluğu, ardınca güclü Rusiyanın var olduğu və İran məsələsinin həll olunmadığı bir şəraitdə İsrailin mövcudluğunu təhdid edən təhlükələrin ortadan qaldırılması önə çıxa bilməzdi.

Rusiyanın və İranın siyasi mənzərəsinin dəyişməsindən sonra “Qüds konsensusu”nun, onu yayan “Müsəlman qardaşları” şəbəkəsinin başına nələrin gələcəyini hər kəs çox aydın görəcək. Bunun çox açıq işarələrini bu gün də görmək mümkündür. Sadəcə olaraq Rusiya cəmiyyəti “Krım konsensusu” nəticəsində başına gələcək fəlakətləri görə bilmədiyi kimi, “Qüds konsensusu”nun təbliğatçıları mənsub olduqları cəmiyyəti necə böyük bir fəlakətə doğru sürüklədiklərini görə bilmirlər.

Bəzən sərt yazmaq məcburiyyətə çevrilir. Azərbaycan xalqının tarixi boyu yetişdirdiyi ən böyük fikir adamı Mirzə Fətəli Axundzadənin sərt üslübu da məcburiyyətdən doğurdu.

 

Xəqani Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər

İsrail hökuməti “erməni soyqırımı”nı nə üçün tanıdı?

redaktor

Putin bu günahlardan necə qurtulacaq sonda?

redaktor

Bu qərarın kiməsə xeyrini görmürəm…

redaktor