24.9 C
Bakı
26 İyun 2026 00:56
Tarix

Bu torpaqlarda bayraq əsgərin canı bahasına dalğalanır

1992-ci ilin 18 mayı. Laçının işğal günündə ermənilər video kadrlar çəkiblər. Bu foto həmin videodan screendir. Maşının içində əlində avtomatla ölən adı bəlli olmayan bu əsgərimiz ermənilərin bayrağı qoparmaması üçün son dəfə əlini uzadır və şəhid olur.

Kadrda davam olaraq işğalçı erməni maşının pəncələrini qıraraq onun əlindən avtomatı alır.

Hər dəfə 26 iyun Milli Ordu günü, Silahlı qüvvələr günü yadıma bu kadr düşür. Azərbaycan əsgərinin bayraq sevgisi və vətən sevgisi.

1918-ci ilin 26 iyununda Əlahiddə Azərbaycan Korpusu ilə başlanan Mill Ordumuz çox çətinliklər və əziyyətlər yaşayıblar. Böyük imperiyalarım havadarlıq etdiyi dövlətlər ilə savaşıblar. Müvəqqəti məğlubiyyətlərə baxmayaraq Qalib Ordu olublar sonunda.

1918-ci ildən torpaqları azad edib, 1920-ci ilin əvvələrində Şuşa və Xankəndində bayraq qaldıran ordunun varisləri 2020-ci ildə Şuşada, 2023-cü ildə isə Xankəndində onu bir kərə yüksələn bayraq bir daha enməz şüarı ilə bərpa ediblər.

Üç rəngli bayraq Cümhuriyyətin bizə mirası, tariximizdə olan böyük dövlətlərin rənglərdir.

Hər bir döyüşə gedən,  hərbi xidmətə gedən və istənilən formada, hərbi yoxsa mülki geyimdə Vətəni qoruyanlar  üçün bu üç rəng və onun ayı-ulduzu ölmək var, enmək yoxdu deyilərək  Candan əziz, ömürdə dəyərli olub.

Bu əsgərimiz, Natiq Qasımov və digərləri kimi .

Bayrağı bayraq edən onun əsgəri, zabiti və ordusudur. Bayrağın hər rənginin üzərində şəhidin, qazinin və əsgərin, zabitin qanı var. Bu qan min illərdən bəri davam edən dövlətçilik tariximizin damarından axır.

26 iyunu da iyun edən ordumuz və silahlı qüvvələrimiz kimi….

Vətən üçün övlad yetişdirib onu Ordunun bir parçası edən valideyinlər başda olmaqla Ordu üzvü olan, olmuş və olacaq hər bir AZƏRBAYCAN vətəndaşını təbrik edirəm..

Doğulanda və öləndə əlimizdə Bayraq olsun, Dövlət var olsun. Millət və xalq var olsun. Azərbaycan var olsun. Ordumuz var olsun.

 

Zaur Aliyev

Tacxeber.com

Oxşar xəbərlər

Beş müqavilənin dördü həyata keçdi, təkcə Sevrdən başqa.

admin

Saxtakar erməni marşalı, qətl edilən yüzlərlə sovet əsgəri, oğurlanmış Çin imperatoruna aid qızıllar

redaktor

Brejnevi öldürmək cəhdi. O indi də Sankt-Peterburqda yaşayır.

admin