21 C
Bakı
12 İyul 2025 04:19
Cəmiyyətİdman

“Futbolçular qəbuledilməz səhvlərə yol verdilər” – Qurban Qurbanov

Tacxeber.com xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Zirə”ilə keçirilən yoxlama oyunundan sonra jurnalistlərə açıqlamasında bildirib.

Təcrübəli mütəxəssis qarşılaşmanın maraqlı məcrada keçdiyini deyib:

“Baxımlı oyun alındı. Xüsusilə “Zirə” ilk hissədə yaxşı təsir bağışladı. Hətta deyərdim ki, bizdən daha hazırlıqlı idilər. İkinci hissə daha fərqli oldu və ardıcıl qollar vurduq. Bununla belə, səhvlərimiz çox oldu. Futbolçuların hazırlıq səviyyəsi tam qaydasında deyil. Bu da gözlənilən idi. Ümumilikdə pis çıxış etmədik. Lakin bəzi qəbuledilməz səhvlərimiz oldu. Bunu görməyimiz yaxşı idi ki, qarşıda bu səhvlərin üzərində işləyək”.

“Qarabağ” bu gün “Azərsun Arena”da keçirilən yoxlama oyununda “Zirə”yə 4:0 hesabı ilə qalib gəlib.

 

Tacxeber.com

Oxşar xəbərlər

Pediatr: Yeni doğulmuş körpələri 40 gün çimizdirməmək düzgün deyil

redaktor

“Bakcell” də tariflərində dəyişiklik etdi – Bundan sonra belə olacaq

redaktor

“Dərsdən qalmaq üçün direktora ildə 2500 manat rüşvət verirlər” – Şok ittiham

redaktor