İsrail prezidenti İsaak Hersoq yeni hökuməti formalaşdırmaq səlahiyyətini müxalifət lideri Qadi Ayzenkota verib.
Prezidentin parlamentdə təmsilçilik qazanmış siyasi partiyaların liderləri ilə apardığı məsləhətləşmələrdə 48 millət vəkilinə malik müxalifət koalisiyasının liderləri – Yair Lapid, Naftali Bennet, Aviqdor Liberman və Yair Qolandan əlavə, 19 mandata sahib ərəb partiyalarının (RAAM və “Ortaq Siyahı”) liderləri Mansur Abbas və Əhməd Tibi də prezidentə hökuməti qurmaq səlahiyyətinin məhz Ayzenkota verilməsini tövsiyə ediblər. Beləliklə, ehtimal olunan Ayzenkot hökumətinin parlament dəstəyi 67 millət vəkilinə yüksəlib. (Azı 61 səsə ehtiyac var). Netanyahunun baş nazirliyinə isə cəmi 46 millət vəkili dəstək verib.
Lakin Ayzenkotun hökuməti qura biləcəyinə əminlik yoxdur. Çünki müxalif koalisiyanın üzvü olan Liberman ərəblərin kənardan dəstəyi ilə azlıq hökuməti qurulmasına qarşı çıxıb. Bununla yanaşı, o, ultraortodokslara qarşı barışmaz mövqeyindən ilk dəfə olaraq geri çəkilərək qatı dindar haredimlərin hökumətə cəlb edilməsinə yaşıl işıq yandırıb. Bu partiyalardan biri – 7 mandatı olan “Yaadut ha-Tora” (“Tövrat Yəhudiliyi”) Partiyası Netanyahunun blokundan uzaqlaşıb və hazırda tərəfsiz mövqe tutur. Amma sionist-sekulyar koalisiya ilə ravvinlərin anlaşması asan məsələ deyil, xüsusən dindar gənclərin hərbi xidmətə cəlb olunması və ümumən onların topluma inteqrasiyası məsələlərində tərəflər arasında dərin antoqonizm mövcuddur. Liberman xaricindəki müttəfiq liderlər bildirirlər ki, Netanyahudan qurtulmaq üçün tarixi şans yaranıb və bu fürsəti qaçırmaq olmaz. Ərəb siyasətçilər də məhz Netanyahudan xilas olmaq motivasiyası ilə sionist müxalifətə dəstək verir.
Qeyd etmək lazımdır ki, ABŞ-dakı son seçkilərin nəticələri İsrail daxili siyasətində Netanyahunun mövqelərini zəiflədib.
Gələn həftə parlamentin yeni tərkibinin ilk toplantısı olmalıdır və müxalifət Knesset rəhbərliyini dəyişdirməyi hədəfləyir. Sədr vəzifəsinə “Yeş Atid” (“Gələcək var”) Partiyasının lideri Yair Lapidin namizədliyi irəli sürüləcək.
“Yaşar” Partiyasının (doğru-dürüst mənasını verir) lideri, 1960-cı il təvəllüdlü Qadi Ayzenkot keçmiş Baş Qərargah rəisidir və ehtiyatda olan general-leytenantdır. Əgər o, hökuməti formalaşdırmağı bacararsa, İsrailin quruluşundan bu yana ilk mizrahi (Orta Şərq kökənli) baş nazir olacaq. İndiyədək İsrailin bütün hökumət başçıları aşkenazlar (Avropa yəhudiləri) olub. Ayzenkotun dekabrın 6-na qədər vaxtı var, bu tarixdən sonra o, prezidentdən daha 2 həftə vaxt istəyə bilər.