DünyaHadisəSiyasət

55 yaşlı tanınmış alman siyasətçisi Hubert Ayvanger noyabrın 4-də oteldə ölü tapıldı.

O, partiyasının tədbirində iştirak etmək üçün Berlin şəhərinə getmiş və “Neuer Fritz” hotelində yerləşmişdi. Cəsəd üzərində aparılan ilkin araşdırmalar və tibbi ekspertizanın nəticələrinə əsasən, onun ölümündə hər hansı bir kənar müdaxilə və ya cinayət əlaməti qeydə alınmamış, ölümünə qəfil yaranan sağlamlıq problemlərinin səbəb olduğu bildirilmişdir.

Hubert Ayvanger kimdir?

Ayvanger 2006-cı ildən “Azad Seçicilər” (Freie Wähler) partiyasının Bavariya bölməsinə, 2010-cu ildən isə həm də federal səviyyədə partiyaya rəhbərlik edirdi. “Azad Seçicilər” partiyası 2010-cu ildə federal qeydiyyatdan keçsə də əsas gücü regionlarda idi, federal parlamentə düşmək üçün 5%-lik baryeri keçə bilmirdi. Lakin regional səviyyədə partiya böyük uğur qazanaraq, Xristian-Sosial İttifaqın (CSU) ən ciddi rəqibinə çevrildi. 2018-ci ildə “Azad Seçicilər” Bavariya seçkilərində ən çox səs toplayan 3-cü partiya oldu. O vaxtdan indiyədək Ayvenger Bavariyanın baş nazirin müavini və iqtisadiyyat naziri vəzifələrini icra edirdi.

Sağ-mərkəzçi “Azad Seçicilər” partiyası daha çox yerli idarəetməyə, regional maraqların müdafiəsinə, bürokratiyanın azaldılmasına və ənənəvi ailə dəyərlərinə önəm verir. Partiya 2018-ci ildən regional səviyyədə hakim CSU-nun ən ciddi rəqibinə çevrildi. Ayvanger rəhbərlik etdiyi regional partiyanı federal səviyyəyə qaldırmağa və Almaniya parlamentinə daxil etməyə çalışırdı. 4 noyabrda o, partiyanın Berlindəki yeni nümayəndəliyinin açılışında çıxış etməli idi.

Ayvanger Rusiya ilə praqmatik və qarşılıqlı faydalı münasibətlərin tərəfdarı olan siyasətçi kimi tanınır. Onun federal hökumətin siyasətinə zidd olan mövqeyi uzun illərdir dəyişmirdi.

Hələ 2019-cu ildə Bavariyanın iqtisadiyyat naziri kimi Rusiyaya qarşı sanksiyaları tənqid edib. Elə həmin il o, Rusiyanın təkcə neft və qaz təchizatçısı kimi deyil, həm də maşın, avadanlıq və texnologiya alıcısı kimi “Bavariya şirkətləri üçün çox maraqlı bir bazar” olduğunu qeyd edib.

2019-cu ilin oktyabr ayında Rusiya ilə iqtisadi əlaqələri inkişaf etdirmək üçün Ayvangerin rəhbərliyi altında 25 alman şirkətinin nümayəndələrindən ibarət böyük bir heyət Tatarıstana və Ulyanovsk vilayətinə səfər etmişdi. Səfər zamanı Ayvanger bildirmişdi ki, “bu səfər mənə Rusiya ilə əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş vacib bir addım kimi görünür”.

Enerji məsələlərində Ayvanger Rusiya resurslarından dərhal imtina etməyin mümkünsüzlüyünü vurğulayırdı. 2022-ci ilin mart ayında o, federal hökuməti Rusiya qazına embarqo qoymamağa çağırmış və Bavariyada təxminən 220 min iş yerinin Rusiya qaz idxalından asılı olduğunu qeyd etmişdi.

2023-cü ildə belə Ayvanger Rusiya ilə ticarət əlaqələrinin tez bir zamanda bərpa olunmasına çağırmışdı.

Ayvanger Moskvaya qarşı qarşıdurma siyasətinə davamlı olaraq qarşı çıxıb və bütün tərəflərin maraqlarının nəzərə alınmasına çağırıb.

Mənə elə gəlir ki, Ayvangerin ölümü qlobalistlərə “lazım idi”. Onun partiyası Rusiya ilə müharibəyə qarşı idi – bu isə 2029-20230-cu ilə planlaşdırılan “Şərqə səlib yürüşü” ideya-fiksinə ziddir. Əlbəttə, “Azad Seçicilər” partiyası Bundestaqa seçkilərdə qalib gələ bilməzdi, lakin hakim CSU-nun militarist siyasəti sayəsində reytinqinin kəskin düşməsi fonunda onun növbəti seçkilərdə 5%-lik baryeri keçmək şansı yüksək idi. Qlobalistləri narahat edən əsas məsələ də, məncə, məhz budur. Çümki qalib partiyanın AfD olacağı ehtimalı çox yüksəkdir, lakin federal səviyyədə AfD-nin 50%+1 səs toplayacağı ehtimalı cüzidir. Höküməti formalaşdırmaq üçün ona hansısa pariya(lar) ilə koalisiyaya girmək tələb olunacaq. Hazırkı parlament partiyalarının heç biri AfD ilə koalisiyaya girməmək və bu yolla onu, seçkidə qalib gəlsə də, hakimiyyətdən məhrum etmək istəyirlər. Amma bir çox məsələlərdə oxşar siyasətə malik olan “Azad Seçicilər” partiyası AfD ilə koalisiyaya girə bilər. Bunun isə indidən qarşısını almaq lazım idi.

Məncə, 2029-cu ilə qədər Almaniyada hələ çox adamlar “sağlamlıq problemlərindən” ölü tapılacaqlar.

 

Asif Şəfəqqətov

www.Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

“Türklər bizi yeyəcək”: Simonyan Rusiya və Türkiyə ilə bağlı sərt açıqlama verdi

redaktor

İrandan sonra Yaxın Şərqdə geosiyasi qarşıdurmanın əsas ağırlıq mərkəzi Türkiyə ola bilər

redaktor

Hicab mübahisəsi Avropanı da bürüyür: İsveçrənin üç kantonunda yeni təşəbbüslər

redaktor